Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 10:22

Katolik kilsəsinin başçısı Belarusa buraxılmayıb


Tadeuş Kondruseviç
Tadeuş Kondruseviç

Sərhədçilər Minsk-Moqilevin 74 yaşlı arxiyepiskopunun avqustun 31-də qonşu Polşadan ölkəyə daxil olmasının qarşısını alıb

Belarus hakimiyyəti Arxiyepiskop Tadeuş Kondruseviçi (Tadeusz Kondrusiewicz) ölkəyə buraxmayıb. Bundan bir gün öncə Belarusdakı Katolik Kilsəsinin başçısı ölkədəki siyasi böhranın vətəndaş müharibəsinə apara biləcəyi xəbərdarlığını edib.

Sərhədçilər Minsk-Moqilevin 74 yaşlı arxiyepiskopunun avqustun 31-də qonşu Polşadan ölkəyə daxil olmasının qarşısını alıb. O, Belarus vətəndaşıdır.

“Belarus Respublikasının sərhədçiləri Belarus Katolik yeparxiyasının başçısının ölkəyə girişinin qarşısını heç bir izahat vermədən alıb”, – Yepiskop Yuri Kasabutski Katolik Xəbər Agentliyinə deyib.

Belarus yepiskoplarının konfransının prezidenti 9 avqust prezident seçkisinin nəticələrinə etiraz edənlərin qəddarlıqla yatırdılmasını açıq tənqid edib.

Lukashenkaya qarşı sanksiyalar tətbiq edildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

“Qardaş qardaşa əl qaldırıb”

Ölkəni 26 il idarə etmiş Alyaksandr Lukaşenka seçkinin qalibi elan olunsa da, seçkinin saxtalaşdırıldığı bildirilir. Son üç həftədə yüzminlərlə insan küçələrə çıxaraq prezidentin istefasını, yeni seçki keçirilməsini tələb edir. Yüzlərlə etirazçı yaranıb, azı altı nəfərin öldüyü xəbər verilir.

Avqustun 30-da Katolik kilsələrinə müraciət edən Kondruseviç yazıb ki, ölkə “görünməmiş ictimai-siyasi böhran” keçirir, vətəndaş müharibəsi baş verə bilər.

“Dünyada sülhsevər və tolerant ölkə kimi tanınmış Belarusda qardaş qardaşa əl qaldırıb, nəticədə qan tökülüb, xeyli insan yaralanıb”, – arxiyepiskop deyib.

“Bugünkü çətin iqtisadi vəziyyət çox narahatedicidir. Biz beynəlxalq təcridlə təhdid olunuruq. Çox tez-tez belə bir fikir eşidirsiniz ki, vətəndaş müharibəsi təhdidi reallaşır, bir neçə ay öncə bu ağlımızın ucundan da keçməzdi”, – o deyib.

Kondruseviç daha öncə təhlükəsizlik qüvvələrinin Minskdə Müqəddəs Simon və Alyona Kilsəsinin girişini bağlamasını, polisin etirazçıları döyməsini və saxlamasını pisləmişdi.

Rəsmi statistikaya görə, Belarusun 9,5 milyonluq əhalisinin altı faizə qədəri katolikdir, 53 faizi pravoslav kilsəsinə aiddir. Qalanları özlərini ya ateist, ya da azlıqda olan dini qruplara aid sayır.

XS
SM
MD
LG