Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 22:14

Minskdə etiraz aksiyası -VİDEO


Minskdə növbəti etiraz aksiyası, 30 avqust 2020

Belarus Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirmək üçün zirehli texnikaların Minskə gətirildiyini təsdiqləyib. "İnterfaks" xəbər verir ki, prezident Aleksandr Lukaşenkanun iqamətgahının yerləşdiyi Müstəqillik Sarayının ərazisində artıq 7 "BMP" dayanıb.

Xəbərdə o da vurğulanır ki, həmin hərbi texnikanın üzərindəki eyniləşdirmə nişanları və nömrələr yaşıl boya ilə rənglənib. Bundan başqa Sarayın damında əllərində snayper silahları olduğu ehtimal edilən adamların olduğu bildirilir.

***

Şahidlərin sözlərinə görə, hərbçilərin olduğu xüsusi texnika və piyadaların döyüş maşınları, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı briqadası yerləşdiyi Uruçye bölgəsindən hərəkət etməkdədir.

***

Minskdə minlərlə insan "Sülh və Müstəqillik Marşı" etiraz aksiyasına çıxıb. Verilən məlumatlara görə, yüzlərlə insan "ağ və qırmızı" simvollarla müxtəlif istiqamətlərdən şəhər mərkəzinə, "Müstəqillik meydanı"na toplaşır.

Aksiyanın keçiriləcəyi meydana xüsusi avadanlıqlar gətirilib, metal maneələr quraşdırılıb, tikanlı məftillər çəkilib.

Belarus paytaxtının mərkəzində bir neçə metro stansiyası bağlanıb. AzadlıqRadiosunun Belarus xidməti hadisə yerindən birbaşa canlı yayım verir. İlkin məlumatlara görə, "OMON" etirazçıların ilk cərgəsini dağıtmağa çalışıb, amma adamlar gəlməkdə davam etdiyindən bu mümkün olmayıb və polis ərazidən çəkilib.

Şahidlər saxlananların olduğunu bildirirlər. Etirazçılar müqavimət göstərib saxlananların azad olunmasına çalışıblar və bu səbəbdən hüquq-mühafizə orqanlarına məxsus maşınların qarşısını almağa cəhd ediblər.

Fərqlənmə nişanları olmayan əsgərlərin Böyük Vətən Müharibəsi muzeyin ətrafında sədd düzəldiblər. Onların hamısının silahlı olduğu bildirilir. Belarus səlahiyyətliləri, ölkədəki hadisələri işıqlandırmaq üçün akkreditə olunan jurnalistlərə etirazçılara 100 metr məsəfədə yaxınlaşmamaqla bağlı xəbərdalıq ediblər. AzadlıqRadiosunun Belarus xidməti bu dəfə etiraz aksiyasına gələnlərin ötən aksiyalara gələnlərdən daha çox olduğunu yazır.

Xatırlatma

Belarusda etiraz aksiyaları avqustun 9-a keçirilən prezident seçkilərindən sonra başlayıb. Beləki səsvermə bitəndən dərhal sonra rəsmi exit poll və daha sonra ölkənin Mərkəzi Seçki Komissiyası 6-cı dəfə Alexandr Lukashenkanı 80 faizlik səslə qalib elan edib. Bununla razılaşmayan əhali seçkilərin Lukashenkanın xeyrinə saxtalaşdırıldığını bildirib və etirazlara başlayıb. Etirazların ilk 3 günü güc strukturları aksiyaçılara qarşı zor tətbiq edib, işgəncələr verib, yüzlərlə adam saxlanılıb, qarşıdurmalarda ən azı bir nəfər həlak olub. Lukashenkanun əsas rəqibi olan namizəd Svetlana Tkhanovskaya ölkəni tərk etməyə məcbur olub. Etirazçılar Lukashenkanun istefasını və yeni seçki keçirilməsini tələb edirlər.

Belarus üçün Putinin yaratdığı "ehtiyat qüvvə"

Alyaksandr Lukashenka və Vladimir Putin Minsk, 30 noyabr 2017
Alyaksandr Lukashenka və Vladimir Putin Minsk, 30 noyabr 2017

Bu arada Rusiya prezidenti Vladimir Putin Lukashenkanun xahişi ilə Belarusa göndərilməsi üçün Rusiyada hüquq mühafizə orqanları əməkdaşlarından ibarət "ehtiyat" qüvvə yaradıldığını deyib. O, hələki həmin qüvvələrin Belarusa göndərilməsinə ehtiyac olmadığını bildirib. Bu məsələni bir qədər sonra Lukashenka da təsdiq edib. O, da əlavə edib ki, hələki Minsk bu işlərin öhdəsindən özü gəlməkdədir.

XS
SM
MD
LG