Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:42

Liviya daxili işlər naziri dinc mitinqdəki zorakılığa görə istefaya göndərilib


Liviyanın keçmiş daxili işlər naziri Fathi Bashagha

Liviya Milli Razılaşma Hökumətinin (PNC) rəhbəri Faiz Saraj, Tripolidəki kütləvi mülki etirazlar fonunda ölkənin daxili işlər naziri Fathi Bashagha-nı istefaya göndərib.

Reuters xəbər verir ki, buna dinc etirazçılara qarşı odlu silahdan istifadə edilməsi səbəb olub. Saraj, zorakılıq hallarının araşdırılacağına söz verib. Liviya Milli Razılaşma Hökumətinin nəzarət etdiyi ərazidə hökumətin istefasının tələb olunduğu etirazlar avqustun ortalarından bəri davam edir. Nümayişçilər hesab edirlər ki, hakimiyyət qiymət artımı, işsizlik, korrupsiya və koronavirus pandemiyası ilə mübarizə apara bilmir.

Agentlik işdən çıxarılan Bashagha-nı, Türkiyə qüvvələrinin dəstəyi ilə Haftar birliklərini Tripolidə məğlub edən əsas fiqur adlandırır.

Razılşadırılmamış Türkiyə səfəri də səbəb kimi göstərilir

Əl-Ərəbiyyə kanalının verdiyi məlumata görə, nazir əslində Türkiyəyə səfərini Faiz Sarajla əlaqələndirmədiyi üçün işdən çıxarılıb.

Liviyada vətəndaş müharibəsi hələ də davam edir. Ölkənin qərb hissəsi və paytaxt Tripoliyə beynəlxalq səviyyədə tanınan milli razılaşma hökuməti nəzarət edir.

Ölkənin şərqi və bir qədər də cənub hissəsi Haftar-ın rəhbərlik etdiyi Liviya milli ordusunun nəzarətindədir.

Münaqişənin hər iki tərəfi həm dolayı, həm də birbaşa xarici dövlətlərin dəstəyindən istifadə edir və bir-birini məğlub edə bilmirlər.

XS
SM
MD
LG