Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:17

Aşura qeyd edilir


Açura, arxiv foto

Bu gün, avqustun 30-u Azərbaycanda Aşuradır. Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayıb. Məhərrəm ayının 10-u - Aşura günü isə 2020-ci il avqust ayının 30-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Bununla əlaqədar qanvermə aksiyası da hər il olduğu kimi məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə uygun tibbi qurumlarda təşkil olunmalıdır.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Bundan əvvəlki illər minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayıblar. Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir («Aşura» ərəb dilindən tərcümədə «10-cu gün» deməkdir.Üstəlik qətil olunanların hər il 40 mərasimi də keçirilir). Hüseyn və onun tərəfdarları Məhərrəm ayının məhz 10-da qətlə yetiriliblər.

Multimedia

XS
SM
MD
LG