Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:00

Rayonlara gediş-gəliş açılmalıydımı?


Azərbaycanda yol, arxiv foto

Operativ Qərargahın avqustun 29-da yaydığı məlumata görə, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır.

Məlumatda bildirilir ki, "yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”.

Beləliklə, hələlik, rayonlara gediş-gəlişin bərpasından söhbət getmir. Operativ Qərargahən məlumatında vurğulanr ki, “sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq”.

Hikmət Hacıyev atasını axırıncı dəfə mart ayında gördüyünü deyir

Hikmət Hacıyev, arxiv foto
Hikmət Hacıyev, arxiv foto

Mətbuat konfransında prezidentin köməkçisi Hikmət Hacıyev də bu məsələyə toxunub.

“Ümid edək ki, növbəti brifinqlərdə bu barədə şad xəbər verə biləcəyik”, - deyə o qeyd edib. Prezidentin köməkçisi vurğulayıb ki, vəziyyətlə əlaqədar atasını sonuncu dəfə mart ayının sonunda görüb:

“Təəssüflər olsun ki, indiki şəraitdə rayonlara gediş-gəlişin açılması mümkün deyil”. Amma bu məsələ heç də ölkədə birmənalı qarşılanmayıb.

“Bunu məqbul saymaq olar”

Sabir Rüstəmxanlı, arxiv foto
Sabir Rüstəmxanlı, arxiv foto

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, yeni dərs ilinin başlanması yaxınlaşır ( sentyabrın 15-i) , ali, orta, orta ixtisas, məktəbəqədər, ibtidai tədris müəssisələrində iş başlanır, insanların müəyyən məkanlarda cəmlənməsi gözlənilir. Onun qeyd etməsinə görə, digər tərəfdən təhsil almaq üçün xaricdən ölkəyə, eləcə də ölkədən xaricə gedənlər olur:

“ Bu mənada Bakıya, Sumqayıta, Abşerona insan axını gurlaşır. Odur ki, indki şəraitdə bunu məqbul saymaq olar. Amma bu proseslər həll edildikdən sonra məncə bu 3 şəhər və rayonda da sərt karantin rejimi ləğv olunmalıdır”

Rayonlara gediş-gəlişə məhdudiyyət qoyulmamalıdır

Rayonara gediş-gəlişə gəlincə, S.Rüstəmxanlı hesab edir ki, burada karantin qaydalarına riayət etməklə tam sərbəstlik olmalıdır və buna məhdudiyyt tətbiq olunması o qədər də əsaslı deyil. Deputatın fikrincə, odur ki, rayonlara gediş-gəlişlərə məhdudiyyət qoyulmamalıdır.

“Gediş-gəliş açılsa..."

Bəxtiyar Hacıyev, Bakı, 30 sentyabr 2010
Bəxtiyar Hacıyev, Bakı, 30 sentyabr 2010

“Operativ Qərargah çox güman ki, bu qərarları rayonlar, eləcə də Bakı, Sumqayıt, Abşeron üzrə yoluxmaların tendensiyasına, statistikasına istinadən qəbul edir”.

Bunu isə Azadlıq Radiosuna ictimai fəal Bəxtiyar Hacıyev deyib.

“Gediş-gəliş açılsa, Bakıdakı yoluxmalar müxtəlif rayonlara yayıla bilər. İndki mərəhələdə hesab edirəm ki, Operativ Qərargahın bu şəkildə məhdudiyyəti saxlamasına hansısa əsasları ola bilər”, deyə o əlavə edib.

Xatırlatma

Azərbaycanda karantin rejimi martin 24-dən elan edilib. Sonra aprelin 27-də rejim mərhələlərlə yumşaldılmağa başlanıb. Amma yoluxmada təkrar artım müşahidə edildiyindən, iyunun 21-dən Bakı və ölkənin bir sıra yerlərində karantin sərtləşdirilib.Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olublar. Avqustun 5-dən isə rejim yenidən yumşaldılıb və SMS-lə icazə almaq qaydası ləğv edilib.

Çimərliklər fəaliyyətə başlayıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon 925 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 841 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 35986 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 527 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG