Rusiyanın Belarusdakı vəziyyətə müdaxiləsi "mümkün olan ən pis ssenari" olardı.
Bu fikiri cümə günü Fransa prezidenti Emmanuel Macron, Putinin vəziyyətin gərginləşəcəyi halda Belarusa göndərilmək üçün Rusiya "ehtiyat" qüvvələrinin yaradılması ilə bağlı dediklərinə cavab olaraq söyləyib.
Macronun sözlərinə görə, o, Putinlə telefon danışığı zamanı birbaşa onun diqqətinə çatdırıb ki, Belarusa hərbi və ya polis müdaxiləsi arzu olunan deyil.
Macron deyir ki, nə o, nə də Almaniya kansleri Angela Merkel, 2014-cü ildə Ukraynada baş verənlərin Belarusda təkrarlanmasını istəmir. Hansı ki, küçə etirazlarından sonra prezident Viktor Yanukovich ölkədən qaçdı və Rusiya "rusdilli əhalini qorumaq" bəhanəsi ilə Krımı ilhaq etdi , daha sonra Donbasdakı separatçılara yardım edərək hələ də davam edən silahlı qarşıdurmaya səbəb oldu.
Macrona görə, Merkel ilə birlikdə Putindən istədikləri odur ki, o, Lukashenkanı ATƏT-in Belarusiya səlahiyyətliləri ilə etirazçılar arasında vasitəçi kimi iştirakının vacibliyinə inandırsın. Fransa prezidentinin sözlərindən belə çıxır ki, Putin bu məsələni Lukashenkaya çatdırıb, ancaq Belarus lideri bununla razılaşmayıb.
Putinin, vəziyyətin gərginləşəcəyi halda Belarusa göndərilmək üçün hüquq mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyyat qüvvələrin yaradılması barədə fikirləri Avropa İttifaqı ölkələrində ciddi narahatlıq yaradıb.
Merkel hələ ilk gündən bəyan edib ki, o, Putinin "ehtiyat"dan istifadəsinə ehtiyac qalmayacaq.
Bundan başqa AB-nin Xarici İşlər Naziri Josep Borrell də rəsmi Moskvanın özünün dəfələrlə Belarusdakı vəziyyətə xarici müdaxilənin yolverilməzliyi barədə açıqladığı mövqeyini xatırladıb:
"Güman edirəm ki, bu, Rusiyanın öz hərəkətlərinə aiddir"
Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və xarici təhdidlər olduqda onların bir-birlərinə yardım etmək öhdəliyi var. Belarusdakı seçki saxtakarlığına qarşı etirazlar fonunda Lukashenka Belarusun qərb qonşuları tərəfindən bu cür təhdidlərin olduğunu bəyan edir. Cümə günü etdiyi çıxışında Lukashenka qərb sərhəddəki vəziyyətin gərginləşəcəyi halda Rusiyanın silahlı qüvvələrinin ölkəyə daxil olacağına faktiki razılaşıb.
Bu arada Polşa və Litva sərhəddə qüvvələrini gücləndirmədiklərini və təcavüzkar planları olmadığını bildirirlər.