Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:02

Tatarıstan prezidenti video konfransda Putindən maliyyə yardımı istəyib


Tatarstan, Kazan, Rustam Minnikhanov 7 avqust 2018

Tatarıstan prezidenti Rüstəm Minnixanov cümə günü Vladimir Putinlə video konfrans zamanı Rusiya federal büdcədən respublika üçün maddi yardım istəyib. Minnixanovun sözlərinə görə, "bu il iqtisadi vəziyyətin pisləşməsi Tatarıstanın büdcəsinə gəlirlərin daxil olmasına mənfi təsir göstərib."

Tatarıstan rəhbəri may ayında respublikaya maliyyə yardımı verildiyini, lakin donor bölgəsi olaraq ikinci dəfə bu yardımın verilməsindən imtina edilib.

Buna cavab olaraq Vladimir Putin "Tatarıstan dəstəkdən incik deyil" ifadəsini işlədib. O bildirib ki, əgər Minnixanov hesab edirsə ki, "haradasa bəzi xüsusi məsələlərə diqqət yetirmək lazımdır" , Rusiya prezidenti bu məsələni şəxsi görüşdə müzakirə etməyə hazırdır.

XS
SM
MD
LG