Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:40

142 yoluxma aşkarlanıb, 3 ölüm


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 35986 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 33461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1998 nəfərdir”.

Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 6014, hazırkı dövrədək isə 904506 test aparılıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon 685 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 836 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG