Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:56

Belarus hakimiyyətinin ‘cinayəti yaddaşlardan silinməyəcək’


Svyatlana Tsikhanouskaya
Svyatlana Tsikhanouskaya

Belarusda 9 avqust prezident seçkisindən sonrakı etirazlar 19-cü günə keçib. Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Alyaksandr Lukashenka-nın hakimiyyətdə qalmasına kömək etmək üçün Rusiya təhlükəsizlik qüvvələrindən istifadənin mümkünlüyünə eyham vurub.

Prezidentliyə keçmiş namizəd, hazırda Litvada olan Svyatlana Tsikhanouskaya deyir ki, Rusiya qoşunlarının onun ölkəsinə yeridilməsi səhv addım olardı.

“Bu bizim daxili problemimizdir, daxili məsələni belaruslular Belarus hökuməti ilə birlikdə həll etməlidir”, – Tsikhanouskaya AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Ailəsinə təhdidlər olduğunu deyir

Avqustun 28-də Litvanın paytaxtı Vilnüsdən müsahibə verən Tsikhanouskaya ailəsinə təhdidlərdən dolayı getməli olduğunu söyləyib.

Onun həyat yoldaşı Syarhey Lukashenka-nın potensial rəqibi idi, seçkidən qabaq həbs olunub, hazırda Minsk yaxınlığında təcridxanada saxlandığı deyilir. İngiliscə rəvan danışan, əvvəl daha çox evdarlıqla məşğul olmuş Tsikhanouskaya əri həbs olunandan sonra namizədliyini verib.

Seçki saxtakarlığı iddiaları artdığı bir məqamda Tsikhanouskaya bir sıra tanınmış mədəniyyət xadimləri ilə müxalifətin Koordinasiya Şurasını təsis edib.

Şuranın məqsədinin Lukashenka hökumətilə yeni seçki, məhbusların buraxılması, sonucda onun hakimiyyətdən getməsilə bağlı danışıqlar aparmaq olduğu bildirilir. Ancaq şuraya cinayət işi açılıb, onun Minskdəki iki lideri saxlanıb, digər üzvləri, o cümlədən Nobel mükafatı laureatı Svetlana Alexievich dindirilməyə çağırılıb.

Belarusun ayrı-ayrı şəhərlərində isə etirazlar davam edir, Minskdə ən böyük nümayişə yüzminlərlə etirazçının qatıldığı bildirilir.

Tsikhanouskaya da müsahibəsində Lukashenka-nı istefa verməyə çağırır, bunu “dəyərli” qərar adlandırır.

“Ondan ötrü ilk prezident, uzun müddət vəzifədə olmuş şəxs kimi ən düzgün qərar xalqın xahişilə istefaya getmək olardı, vəzifədən getməsini qanlı qırğına çevirmək, xalqın nifrətini qazanmaq deyil”, – o deyib.

Lukashenka isə yeni azad və ədalətli seçki keçirməklə bağlı çağırışları rədd etməklə yanaşı nümayişçilərə qarşı daha sərt mövqenin mümkünlüyünə də eyham vurub.

Lukshenka və Putinin seçkidən sonra azı beş dəfə telefonla danışması Kremlin böhrana mümkün müdaxiləsi sarıdan narahatlığı artırır.

“Putinin mesajı aydındır”

Avqustun 27-də dövlət televiziyasına müsahibəsində Putin deyib ki, Lukashenka-nın xahişilə xüsusi təhlükəsizlik qüvvəsi hazırlanıb. “Vəziyyət nəzarətdən çıxmayınca bundan istifadə olunmayacağı haqda razılığa gəlmişik”, – Putin deyib.

Putin: 'Lazım gəlsə, Belarusdakı vəziyyətə müdaxilə edəcəyik'
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Tsikhanouskaya deyir ki, Putinin mesajı aydındır. Ancaq o, Rusiya qüvvələrinin ölkəyə girməsinə ehtiyac olmayacağını vurğulayır. Eyni zamanda “provokasiyalar”ın mümkünlüyü haqda da xəbərdarlıq edir, yəni, hakimiyyət sərt tədbirlərə əl atmaq üçün bilərəkdən zorakılığa da əl ata bilər.

“Hansısa ‘kömək’, çevik polis, yaxud başqa kimisə ölkəyə gətirməyə səbəb olmayacaq, çünki biz sırf dinc etirazlar edirik. Belarus xalqı içində heç kəs məsələnin zorakılıqda həllini istəmir”, – o deyib.

Müxalif siyasətçi deyir ki, Lukashenka vəzifəsindən könüllü, zorakılıq olmadan getməlidir. amma o, etirazçılara qarşı zorakılıq və repressiyaya əl atmış rəsmilərin müəyyən aqibətlə üzləşəcəyini də sözlərinə əlavə edib.

“Təəssüf ki, cinayət törətmiş hakimiyyət yaddaşlardan silinməyəcək”, – o əlavə edib.

“Belaruslular qisasçı deyillər. Mənə elə gəlir ki, şərəflə getmək mümkündürsə, bu, Lukashenka-nın taleyini xeyli yumşalda bilər. Hər şeyin gözəl bitməsini istərdim. Uçuruma yuvarlanmaq istəmirəm”, – Tsikhanouskaya deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG