Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:59

Abe istefa verir


Shinzo Abe, 28 avqust, 2020-ci il

Shinzo Abe avqustun 28-də deyib ki, iyulun ortasında özünü yorğun hiss edib. Avqustun əvvəlində xəstəxanaya iki dəfə baş çəkəndən sonra ona mədə yarası iltihabı diaqnozu qoyulub.

Abe Yaponiya vətəndaşlarından baş nazir vəzifəsini icra edə bilmədiyinə görə üzr istəyib.

“Məqsədlərimi yerinə yetirmədən vəzifəmi tərk etmək çox əzabvericidir”, – o deyib.

Abe varisinin kim olacağına qərar vermək səlahiyyəti olmadığını deyib, bu qərarı hakim Liberal Demokratik Partiyanın (LDP) ixtiyarına buraxıb.

Ancaq onu əlavə edib ki, növbəti baş nazir koronavirusla mübarizə işini davam etdirməlidir.

***

Yaponiyanın uzun müddət baş naziri olmuş Shinzo Abe-nin səhhətində yaranmış problemlərə görə istefaya getdiyi bildirilir.

Abe-nin avqustun 28-də xüsusi mətbuat konfransında istefasını açıqlayacağı gözlənir. Onun vəzifə müddətinin sonunadək işləyib-işləməyəcəyi, yaxud dərhal istefaya gedəcəyi bəlli deyil.

Abe-yə yaxın mənbəyə istinadla yayılmış bu xəbər Yaponiyanın maliyyə bazarlarında çaxnaşma yaradıb. Bazarlarda onsuz da tarixi resessiya yaşanırdı.

Abe-nin bu yaxınlarda iki dəfə xəstəxanaya getməsindən sonra onun səhhətilə bağlı suallar yaranıb. Baş nazirin mədə-bağırsaq problemlərindən əziyyət çəkdiyi bildirilir. Ancaq hökumətin aparıcı rəsmiləri onun vəzifə müddətinin sonuncu ilini sonadək işləyəcəyini deyirdilər.

Baş nazirliyinin birinci müddətində, 2007-ci ildə Abe səhhətindən dolayı bir dəfə vəzifədən uzaqlaşıb və ona mədə yarası iltihabı diaqnozu qoyulub. 2012-ci ildə baş nazirliyə qayıdanda xəstəliyinin nəzarət altında olduğunu deyib.

XS
SM
MD
LG