Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:00

Ermənistanın kəşfiyyat dronu vurulub-MN


Müdafiə Nazirliyi

Azərbaycan Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) vurduğunu bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) bu gün, avqustun 27-də məlumat yayıb.

Məlumatda yazılıb ki, Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki PUA vasitəsilə Azərbaycanın mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

MN-nin vurğulamasına görə, Ermənistanın növbəti PUA-sı dərhal aşkar olunaraq vurulub.

Məsələyə, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bundan əvvəl də Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus bir neçə PUA-nı vurduğunu açıqlayıb.

İyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər olub. Onda Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Həmin vaxt Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Qarabağ münaqişəsi ilə bağlı hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Atəşkəsin tez-tez pozulduğu deyilir. Cəbhə xəttindən bəzən hər iki tərəfə itkilərlə bağlı qara xəbərlər də çatır.

Multimedia

XS
SM
MD
LG