Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:23

Məscidə hücum edənə ömürlük həbs cəzası


Tarrant məhkəmədə

Avqustun 27-də Yeni Zelandiyada məhkəmə ötən il Kraystçörç şəhərində iki məsciddə 51 müsəlmanı öldürmüş şəxsə ömürlük həbs cəzası kəsib.

Ali Məhkəmənin Hakimi Cameron Mander 29 yaşlı avstraliyalı Brenton Tarrant-a deyib ki, onun cinayətləri “o qədər amansızdır” ki, hətta ölümünə qədər həbsdə saxlanması belə “cəza və ittihamın bütün tələblərinə cavab verməyəcək”.

Mander deyib ki, o, Tarrant-ın öz qurbanlarına empatiya duymadığını söyləyə bilər.

“Sənin bu ölkəyə qətlə yetirməyə gəldiyin icmanın konkret üzvlərinə duyduğun nifrət hissinə nə burada, nə başqa bir məkanda yer var”, – Mander vurğulayıb.

Boz həbsxana geyimində, mühafizəçilərlə əhatələnmiş Tarrant danışmayıb. Onu təmsil edən vəkil məhkəməyə deyib ki, Tarrant ittiham tərəfinin ona əfv hüququnu tanımadan ömürlük həbsə məhkum cəzası istəməsinə etiraz etmir.

İlk dəfədir Yeni Zelandiyada əfv hüququ tanınmadan ömürlük həbs cəzası kəsilir. Bu ölkədə ölüm cəzası tətbiq olunmur.

Tarrant-a 51 qətl, 40 qətlə cəhdə, bir terror aktı törətmək ittihamı irəli sürülmüşdü.

Prokurorların avqustun 24-də bildirməsinə görə, Tarrant-ın üçüncü məscidə də hücum etmək və məscidləri yandırmaq planı olub.

2019-cu il martın 15-də törədilmiş hücumlardan sonra Yeni Zelandiyada silah daşımaq üzrə qanunvericiliyə dəyişiklik olundu, onlayn terrorçu və zorakı ekstremist kontentin silinməsini tələb edən qlobal kampaniya başlandı. Tarrant manifestini onlayn yerləşdirmiş, hadisə yerindən canlı yayım etmişdi.

XS
SM
MD
LG