Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:16

Çexiya prezidenti xəstəxanaya yerləşdirilib


Miloš Zeman

Çexiya Prezidenti Milos Zeman avqustun 25-də qolundan zədə aldığına görə xəstəxanaya yerləşdirilib, əməliyyat olunacaq. Məlumatı prezidentin sözçüsü verib.

“Prezident qolundan zədələndiyinə görə bu gecə Praqadakı Hərbi Universitet Xəstəxanasına yerləşdirilib”, – sözçü Jiri Ovcacek Twitter-də yazıb.

“Prezident qolundan əməliyyat olunacaq. Bu, həyata təhlükə yaradan vəziyyət deyil, prezident ailəsi və işçiləri ilə əlaqə saxlayır”, – Ovcacek bildirib.

Ovcacek deyib ki, 75 yaşlı prezident proqramını sağalma dövrünə uyğunlaşdıracaq.

XS
SM
MD
LG