Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:46

İlham Əliyev Şoyqu ilə görüşüb


S.Şoyqu və İ.Əliyev. 25 avqust 2020

Bu gün, avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Həmin nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev görüşdə deyib ki, bu gün (avqustun 25-də) Bakıda Ordu Oyunlarının bir hissəsi olan "Dəniz Kuboku" yarışı açılır: "Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq "Dəniz Kuboku" yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir".

Prezident əlavə edib ki, bu, görüşmək və hərbi sahədə əməkdaşlığın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.

S.Şoyqu isə bunları deyib: "Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var".

Rusiya Federasiyasının Müdafiə naziri S.Şoyqunun "Dəniz Kuboku" beynəlxalq müsabiqəsinin açılışında iştirak edəcəyi gözlənir.

Hələ ötən həftə, avqustun 17-də Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" və "Astraxan" kiçik artilleriya gəmiləri, "SB-738" xilasedici yedək gəmisi Bakıya gəlmişdi. Azərbaycan Müdafiə Nazirliyi bildirirdi ki, bunda məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsində iştirak etməkdir.

"Beynəlxalq Ordu Oyunları-2020" yarışlarının bu il avqustun 23-də başladığı bildirilir. Onun sentyabrın 5-dək davam edəcəyi gözlənir. Həmin oyunlar 11 ölkənin ərazisində keçirilməlidir.

"Dəniz Kuboku" beynəlxalq müsabiqəsinin isə avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.

Xatırlatma

"Beynəlxalq Ordu Oyunları"nın təşkilatçısı Rusiyanın Müdafiə Nazirliyidir. Birinci "Beynəlxalq Ordu Oyunları" 2015-ci ildə Rusiyada keçirilib. Azərbaycan "Beynəlxalq Ordu Oyunları"nı ilk dəfə 2017-ci ildə qəbul edib. Həmin il keçirilən "Beynəlxalq Ordu Oyunları" beş ölkənin - Rusiyanın, Çinin, Azərbaycanın, Belarusun və Qazaxıstanın ərazisində baş tutub. Həmin il bu Oyunlar çərçivəsində "Dəniz Kuboku" Azərbaycanda keçirilib.

Multimedia

XS
SM
MD
LG