Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:59

ABŞ Səfriliyi video yayıb: 'Rəsulzadə və Henri Patrik'


M.Ə. Rəsulzadə, 1884-1955

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin təqdim etdiyi son video "Rəsulzadə və Henri Patrik" (Rasulzade and Henry Patrick) adlanır.

ABŞ Səfirliynin açıqlamasında qeyd edilir ki, videoda Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik haqqında bir neçə fakt barədə bildirilir.

“Həm Amerika Birləşmiş Ştatlarında, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam edirik. Bu qısa videolarda ölkələrin tarixində mühüm iz saxlayan azərbaycanlı və amerikalı görkəmli simalar aralarında müqayisə aparacağıq.

Bu videoda Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik haqqında bir neçə faktı sizinlə bölüşmək istəyirik”, deyə açıqlamada yazılıb.

Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884, Novxanı, Bakı quberniyası – 6 mart 1955, Ankara) Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri.

Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

Patrick Henry , Amerika siyasətçisi, 1736 - 1799)
Patrick Henry , Amerika siyasətçisi, 1736 - 1799)

Patrick Henry (29 may 1736 - 6 iyun 1799) Amerikalı siyasətçidir. Virciniyanın müstəqillik uğrunda mübarizəsi zamanı bir natiq kimi tanınıb. ABŞ-ın qurucu atalarından biri olaraq, müstəqillik elan edildikdən sonra 1776-1779 və 1784-1786 arasında iki dəfə Virciniya qubernatoru olub.

Multimedia

XS
SM
MD
LG