Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:38

Pompeo İsraildədir


Mike Pompeo, arxiv fotosu

ABŞ Dövlət katibi Mike Pompeo Yaxın Şərqə beş günlük səfəri çərçivəsində İsrailə gedib. Səfər zamanı yəhudi dövlətinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərini normallaşdırması və digər ərəb ölkələrinin də buna təşviqi müzakirə olunacaq.

Pompeo İsrailin Baş naziri Benjamin Netanyahu ilə onun Yerusəlimdəki ofisində görüşüb.

İsrail və BƏƏ avqustun 13-də tam diplomatik münasibətlərin qurulması üzrə razılaşma əldə olunduğunu açıqlayıblar. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş sənədə görə, İsrail Qərb sahildə tutduğu ərazilərin ilhaqı planlarından əl çəkməlidir.

Bu addımı körfəz ölkələri dəstəkləsələr də, İran, Türkiyə və fələstinlilər tənqid ediblər.

Pompeo BƏƏ, Bəhreyn, Oman, Qətər və Sudana da gedəcək.

Qətərdə Taliban silahlı qruplaşmasının üzvləri ilə görüşdə onların Əfqanıstan hökumətilə ilə sülh danışıqları müzakirə olunacaq. ABŞ qüvvələrinin Əfqanıstandan çıxması üçün sülh danışıqları vacib şərt qoyulub.

“AP” diplomatlara istinadla yazır ki, Prezident Donald Trump-ın müşaviri və kürəkəni Jared Kushner Yaxın Şərqə ayrıca səfər planlaşdırır. Onun İsrail, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı və Mərakeşə gedəcəyi gözlənir.

XS
SM
MD
LG