Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:27

Minskdə çoxminli aksiya keçirilib-Lukashenka avtomatla görünüb-VİDEO


Minsk şəhər mərkəzi, 23 avqust 2020
Minsk şəhər mərkəzi, 23 avqust 2020

Avqustun 23-də keçirilən etirazların fonunda Lukashenka əlində avtomat və əynində xüsusi zirehli geyimlə görünüb. Helikopterlə aksiya keçirilən yerin yaxınlığında dövrə vurduqdan sonra Belarus prezidenti xüsusi təyinatlıların yanına gəlib və onlara təşəkkürünü bildirb. "Biz onlarla bacaracağıq, uşaqlar çox sağ olun" deyə bildirib. Yerli KİV-lərin verdiyi məlumata görə, bu zaman oğlu da onun yanında olub. Bu videokadrlar Belarusun rəsmi xəbər agentliyi olan "Belta"-nın saytında yerləşdirilib.

Belarusda prezident seçkilərinin nəticələrinə və polis zorakılığına qarşı etirazların 15-ci günü davam edir.

Avqustun 23-də Minskdə "Yeni Belarus üçün yürüş" keçirilir. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, aksiyada 150 mindən 200 minə qədər insan iştirak edir. Aksiyada prezidentliyə namizəd Svetlana Tikhanovskayanın təşəbbüsü ilə yaradılan Müxalifət Koordinasiya Şurasının rəhbərlərinin çıxışı gözlənilir. Etirazçılar yenə də "Get!, Get!" şüarları səsləndirilər və ölkədə yenidən prezident seçkilərinin keçirlməsini tələb edirlər.

Belarusun müdafiə nazirliyi aksiyaçıların qaldırdığı ağ-qırmızı-ağ bayrağı faşist bayrağı adlandırıb və etirazçıları ordu ilə hədələyib. "Aksiyanın keçirildiyi yerdə, bayraqlar altında faşistlər belarusların, rusların, yəhudilərin və digər millətlərin nümayəndələrinin kütləvi şəkildə öldürülməsini təşkil ediblər" deyə qeyd olunur. Nazirlik bəyan edir ki, həmin "müqəddəs məkanları" "qoruma" və "mühafizə" altına alacaq. Belə bir video mesaj nazirliyin telegram kanalında yerləşdirilib.

"Bu yerlərdə nizam və əmin-amanlıq pozulduğu təqdirdə, siz polislə deyil, ordu ilə qarşılaşacaqsınız" deyə müraciətdə bildirilir.

Söhbətin hansı "müqəddəs yerlər"dən getdiyini nazirliyik açıqlamayıb.

Bundan əvvəl isə Belarusun müdafiə naziri Viktor Xrenin dövlət televiziyasında "dağıdıcı qüvvələr kütləvi iğtişaşlar, o cümlədən silahdan istifadə etməklə hakimiyyəti ələ keçirməyə cəhd edə bilərlər" deyib.

Avqustun 23-də Litvada da Belarusa həmrəylik aksiyası başlayıb. "Azadlığa yol" adlanan aksiyada 50 min insanın iştirak etdiyi bildirilir. Xəbər verilir ki, Vilnüsün mərkəzindən Belarus sərhədinədək 32 kilometrlik məsafədə "həmrəylik zənciri" təşkil ediləcək. 1989-cu il avqustun 23-də bir milyondan çox insan ələlə verərək Baltikyanı ölkələrin Sovet İttifaqından ayrılmasını və müstəqilliklərinin bərpa etməsini tələb edib.

1918-1919-ci illərdə Belarus Xalq Respublikasının rəsmi bayrağı olan ağ-qırmızı-ağ bayraq müstəqilliyinin ilk beş ilində ölkə üzərində dalğalanıb.1995-ci ildə prezident Aleksandr Lukashenkanun təşəbbüsü ilə keçirilən referendumdan sonra bu bayraqdan istifadə faktiki olaraq ölkədə qadağan edilib. Bunun əvəzində üzərindəki çəkic və oraq istisna olmaqla Belorusiya SSR-in bayrağı dövlət rəmzi kimi qəbul edilib.
Etirazçıların dalğalandırdığı bayraq, 23 avqust 2020
Etirazçıların dalğalandırdığı bayraq, 23 avqust 2020

Belarusda etirazlar avqustun 9-dan, prezident seçkilərinin ilkin nəticələrinin elan edilməsindən sonra başlayıb. Aksiyanın ilk üç günündə hüquq-mühafizə orqanları dinc aksiyaçılara qarşı zorakılıqlar edib. Yüzlərdə adam həbs edilib, tutularkən və saxlanma yerlərində işgəncələrə məruz qalıb. "OMON"-la toqquşmalarda ən azı bir nəfər həlak olub. Ölkə müxalifəti və bir-neçə gün sonra isə Avropa İttifaqının liderləri birgə bəyanatla çıxış edərək Belarusdakı prezident seşkilərinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Minsk, 23 avqust 2020
Minsk, 23 avqust 2020

Lavrov: "Bizim yanaşmamız çox sadədir..."

TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Belarusdakı hadisələrə münasibət bildirib. Onun fikrincə, belarusların özləri mövcud vəziyyətin öhdəsindən gələ bilirlər.

Sergei Lavrov , arxiv foto
Sergei Lavrov , arxiv foto

"Bizim yanaşmamız çox sadədir: bu, Belarusun daxili işidir".

Lavrovun sözlərinə görə, Rusiya Belarus konstitusiyasının islahatı ilə bağlı dialoqu çox perspektivli hesab edir, lakin "Belarus müxalifətinin Koordinasiya Şurasının necə qurulduğuna dair suallar var", çünki tərkibinə "Birlik Dövlətinin inkişafına qarşı çıxan bir sıra insanlar" daxildir.

Lavrov Koordinasiya Şurasının Alexander Lukashenkanın getməsi ilə bağlı tələbini Venesuela ssenarisi adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG