Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

Abel Məhərrəmov, Əli Abbasov, Siyavuş Novruzov və ombudsman cərimələnib


Abel Məhərrəmov, arxiv foto
Abel Məhərrəmov, arxiv foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bəzi şəxslərin cərimələndiyi bildirilir. Qeyd edilir ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və xanımı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə, hər biri 400 manat cərimə olunublar.

Habelə cərimələnənlər arasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov və onun xanımı Ombudsman Səbinə Əliyevanın da olduğu bildirilir.

Ombudsman Səbinə Əliyeva, 29 noyabr 2019
Ombudsman Səbinə Əliyeva, 29 noyabr 2019

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu məlumatlar təsdiqlənib. Amma məlumata sözü gedən şəxslərdən, hələlik, münasibət almaq mümkün olmayıb.

5 gün əvvəl, avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyu olub.Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Yerli saytların məlumatına görə, adı çəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Koronavirus pandemiyası ilə bağlı, mart ayından Azərbaycanda toylara icazə verilmir.

Dünən YAP Siyavuş Novruzova Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozmasını səbəb göstərərək töhmət verib. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG