Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Füzuli və Cəbrayılın işğalından 27 il ötür


Cəbrayıl rayoundan görüntü, 2017
Cəbrayıl rayoundan görüntü, 2017

Bu gün, avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını Ermənistan silahlı qüvvələrinin işğal etməsinin 27 ili tamam olur. Füzuli 1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və həmin günlərdə də ümumilikdə 50-dən çox kəndi işğal olunub.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunan ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin yaşayış məskənlərinə yerləşdirilib.

Hazırda ərazidə 51 mindən çox məcburi köçkünün məskunlaşdığı bildirilir. Ümumilikdə Füzuli rayonunda Qarabağ münaqişəsi zamanı 1000-dən çox sakinin həlak olduğu deyilir.

Cəbrayıl Avqustun 23-ü həm də Ermənistan silahlıqüvvələri Cəbrayıl rayonunu işğal ediblər. Bu rayonun 1050 kv.km ərazisi var. Rayon işğal olunarkən 200 civarında adamın həlak olduğu, 91 nəfərin itkin düşdüyü, 177 nəfərin də əlil olduğu bildirilir. Ümumilikdə, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Füzuli və Cəbrayıl rayonları işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir.

Həmin işğallardan təqribən iki ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında N saylı hərbi hissə silahlı şəkildə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Prezident Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Daha sonra da polkovnik S.Hüseynov isə H.Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

XS
SM
MD
LG