Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:22

Alexey Navalny gecə xüsusi təyyarə ilə Almaniyaya aparılıb-yenilənir


Alexei Navalny Almaniyaya yola salınması üçün hava limanına aparılır, 22 avqust 2020
Alexei Navalny Almaniyaya yola salınması üçün hava limanına aparılır, 22 avqust 2020

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnını daşıyan tibbi təyyarə Berlin hava limanına enib. Navalny şəhər mərkəzi yaxınlığındakı Charite xəstəxanasına yerləşdirilib. Vəziyyəti sabitdir. Bu barədə Bild xəbər verir.

***

Gecə Alexey Navalny Omsk xəstəxanasından hava limanına gətirilərək oradan Almaniyaya yola salınıb. Bu zaman həyat yoldaşı da onun yanında olub. Bu barədə Alexey Navalny-nin mətbuat katibi Kira Yarmysh özünün tvitter hesabında məlumat və foto paylaşıb.

Bir müddət əvvəl Avropa Komissiyası Rusiyanı Aleksey Navalnının müalicəsinə dərhal icazə verməyə çağırıb.

Avropa İttifaqı Xarici İşlər Nazirliyinin nümayəndəsi Nabilla Massralinin bu müraciəti Reuters tərəfindən yayımlanıb.

"Ümid edirik ki, Rusiya hakimiyyəti cənab Navalny-nın ailəsinin istəklərinə uyğun olaraq tibbi yardım almaq üçün təhlükəsiz və tez xaricə daşınması üçün verdiyi vədlərə əməl edəcək" deyə o bildirib.

Cümə axşamı səhər saatlarında Navalny Tomskdan Moskvaya qayıdarkən təyyarədə özünü pis hiss edib. Bundan sonra sərnişin təyyarəsi Omskda təcili eniş edib.

Navalny komada reanimasiyaya aparılıb. Yaxınları və tərəfdaşalrı önun zəhərlənə biləcəyindən şübhələnirlər. Beləki Navalny təyyarəyyə minməzdən əvvəl hava limanında çay içib. Ehtimalar var ki, onun içdiyi çaya nəisə qatılıb.

Omsk xəstəxanasının baş həkiminin son açıqlama verərək bildirib ki, xəstəyə ilkin diaqnoz kimi maddələr mübadiləsinin pozuntusu diaqnozu qoyulub. Baş həkimin dediyinə görə, bu pozuntu qanda şəkərin səviyyəsinin hədsiz aşağı düşməsinə səbəb olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG