Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:08

Elçibəyin ölümündən 20 il keçir


Abülfəz Elçibəy, 1997

Bu gün, avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində doğulub.

Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, elə SSRİ dönəmində - 1975-ci ilin yanvarında millətçi və antisovet təbliğatı aparmaqda günahlandırılaraq həbs edilib.

Əbülfəz Elçibəyin 28 May müraciəti
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Bir il sonra 1976-cı il iyulun 17-də azadlığa çıxıb. Həmin vaxt onun, əsasən, Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edildiyi bildirilir. Ə.Elçibəy Azərbaycan Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü ilin iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirmək məcburiyyəti qarşısında qalıb. Həmin il iyunun 17-dən 18-nə keçən gecə Ə. Elçibəy Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.

Əbülfəz Elçibəy, 1996
Əbülfəz Elçibəy, 1996

Ə.Elçibəy bu addımını vətəndaş müharibəsindən yayınmaq kimi izah etmişdi. O, 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib. Ə.Elçibəy vəfatı ərəfəsində Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alırdı.

Onun birillik hakimiyyəti daha çox ölkənin təhsil ocaqlarına qəbulda test üsulunun tətbiqi və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə xatırlanır.

XS
SM
MD
LG