Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Minskdə saxlanan AzadliqRadiosunun müxbirləri ölkədən çıxarılır


Deportasiya sənədi
Deportasiya sənədi

Avqustun 21-də Belarusda saxlanan AzadlıqRadiosu rus xidmətinin müxbirləri Yulia Vishnevetskaya və Andrei Kiselev Rusiyaya geri göndərilir. Partizanskiy polis şöbəsində bir müddət saxlandıqdan sonra hüquq-mühafizə orqanları onları Minskdəki Rusiya konsulluğunun müşayəti ilə geri göndərməyə qərar veriblər.

Miqrasiya xidmətinin imzaladığı sənəddə qeyd olunur ki, jurnalistlər avqustun 25-ə qədər ölkəni tərk etməlidirlər. Bundan başqa 2025-ci ilə qədər hər iki jurnalistin Belarusa girişlərinə qadağa qoyulur.

Məlumata görə, redaksiya jurnalistlərin Minskə səfərindən əvvəl Belarus Xarici İşlər nazirliyinə müraciət edərək müxbirlərinin ölkə ərazisində sərbəst işləməsi üçün rəsmi icazə istəyib.

9 avqust prezident seçkilərindən bu günə qədər Belarusda seçki saxtakarlığına etirazlar davam edir. Hakimiyyət 26 ildən bəri ölkəyə rəhbərlik edən Alexander Lukashenkanın son seçkilərdə qalib gəldiyini bəyan edib.

Müxalifət isə seçkilərdə kütləvi saxtakarlığın olduğunu bildirir və nəticələri tanımaqdan imtina edir. Avropa İttifaqı da Belarusdakı seçkilərin nəticələrini tanımadığını açıqlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG