Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:47

Ukraynanın Xüsusi Antikorrupsiya Prokuroru istefa verir


Nazar Kholodnitskiy
Nazar Kholodnitskiy

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğunun başçısı beş il bu vəzifədə çalışandan sonra istefa verdiyini deyir.

Nazar Kholodnytskiy avqustun 21-də Facebook-da yazıb ki, vəzifədən öz istəyilə gedib.

“Bu gün əminliklə deyə bilərəm ki, Xüsusi Antikorrupsiya Prokurorluğu və Milli Antikorrupsiya Bürosu öz missiyasını yerinə yetirəcək”, – Kholodnytskiy yazıb.

O əlavə edib ki, rəhbərlik etdiyi idarə “sistematik olaraq azadlığımıza qəsd, işimizin nəticələri ilə manipulyasiya etmək kimi siyasi cəhdlərlə üzləşib”.

Qalmaqallar

Kholodnytskiy-nin adı bir qalmaqalda hallanırdı, onun korrupsiyada şübhəli bilinən məmurlara mühakimədən yayınmağa kömək etdiyi iddia olunurdu.

2018-ci ilin iyulunda Ukraynanın müvafiq dövlət qurumu Baş Prokurorluğun Kholodnytskiy-ni işdən çıxarmaqla bağlı xahişini rədd elədi, ona töhmət verməklə kifayətləndi.

Ötən il Ukrayna prezidenti seçilmiş Volodymyr Zelenskiy onillər boyunca ölkədə kök salmış korrupsiyanı təmizləməyi vəd edib.

İyunda ölkə rəsmiləri deyirdilər ki, qaz şirkətinin başçısıyla bağlı cinayət təhqiqatını dayandırmaqdan ötrü onlara 6 milyon dollar rüşvət təklif olunub. ABŞ-ın keçmiş vitse-prezidenti Joe Biden-in oğlu həmin şirkətin idarə heyətinin üzvü olub.

Kholodnytskiy isə Biden-lərdən heç birinin həmin rüşvətvermə cəhdinə bağlı olmadığını bildirdi.

Burisma təbii qaz şirkəti ABŞ Prezidenti Donald Trump-ın impiçmenti ilə sonuclanmış qalmaqalın mərkəzində dururdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG