Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 20:46

Aralıq dənizində azı 45 miqrant həlak olub


Arxiv fotosu

Bu həftənin əvvəlində Liviya sahillərində batan gəmidə beşi uşaq olmaqla azı 45 miqrant həlak olub.

BMT-nin Qaçqınlar üzər Ali Komissarı və Beynəlxalq Miqrasiya Təşkilatı avqustun 19-da yaydıqları bəyanatda bunu bu il Liviya sahillərində baş vermiş “ən böyük gəmi qəzası” adlandırıblar.

Yerli balıqçılar 37-dək miqrant və qaçqını xilas ediblər. Əsasən Seneqal, Mali, Çad və Qanadan olan həmin şəxslər sahilə gətirilən kimi həbs olunublar.

Son faciədən sonra Aralıq dənizindən keçərək Avropaya getməyə çalışarkən həlak olan miqrant və qaçqınların sayı 302-ni keçib.

İlin əvvəlində Avropa Birliyi belə bir razılığa gəldi ki, yalnız müşahidə təyyarələri vasitəsilə insan alverinə qarşı əməliyyatı dayandırsın, əvəzində hərbi gəmilərdən istifadə etsin.

Missiya miqrantların məsələsini birbaşa həll edə bilmədiyinə görə tənqid olunur.

Bu il qayıqla Liviya və Tunisdən İtaliya və Maltaya 17 mindən çox miqrant gedib ki, bu da 2019-cu ildəkindən üç dəfə çoxdur.

Şərhlər

XS
SM
MD
LG