Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:58

Bu ölkələrdə koronavirusdan gündə mindən çox xəstə ölür


Seulda etiraz aksiyası, 15 avqust, 2020-ci il
Seulda etiraz aksiyası, 15 avqust, 2020-ci il

Hindistan 2,7 milyon yoluxma və 53 minə yaxın ölümlə dünyada üçüncü yerdədir. Dördüncü pillədə qərarlaşmış Rusiyada 935 min yoluxma, 16 minə yaxın ölüm təsdiqlənib

Birləşmiş Ştatlar və Braziliyada koronavirusa gündəlik on minlərlə insan yoluxur, ölü sayı mini aşır. Daha kiçik ölkələrsə virusun yenidən yayılmasını önləməyə çalışırlar.

Avqustun 19-da Braziliya virusa 47 mindən çox yeni yoluxma, 1200-dən artıq ölü sayı açıqlayıb. Birləşmiş Ştatlarda uyğun rəqəmlər 44 mindən və 1300-dən artıqdır.

ABŞ-da yeni yoluxmaların əksəriyyəti Kaliforniya, Florida və Texasda qeydə alınır. Ölkədə təsdiqlənmiş yoluxmalar 5,5 milyon nəfər, ölü sayı 173 mindir. Braziliyada isə 3,4 milyon yoluxma və 110 minə ölüm qeydə alınıb.

Hindistan 2,7 milyon yoluxma və 53 minə yaxın ölümlə dünyada üçüncü yerdədir. Dördüncü pillədə qərarlaşmış Rusiyada 935 min yoluxma, 16 minə yaxın ölüm təsdiqlənib.

Meksikanın xarici işlər naziri avqustun 19-da Rusiyanın səfiri ilə görüşərək sonuncunun hazırladığı vaksini əldə etmək istədiklərini bildirib. Bu vaksin hələ üçüncü faza sınaqdan çıxmalıdır.

Rusiya ötən həftə dünyada bir ilk olaraq Sputnik V vaksinini hazırladığın elan etdi. Ancaq səhiyyə ekspertləri bu qərara şübhəylə yanaşır, insanlar üzərində irimiqyaslı sınaqdan sonra qeydə alınmalı olduğunu deyirlər.

Meksika koronavirusun yayılmasını nəzarətə almağa çalışır. Artıq ölkədə 530 mindən çox yoluxma, 57 mindən artıq ölüm qeydə alınıb.

Avstraliya, Cənubi Koreya, Yeni Zelandiya

Avstraliyanın əhali sayına görə ikinci yerdə olan Viktoriya ştatında avqustun 20-də 240 yeni yoluxma açıqlanıb. İki həftə qabaq Melburnda karantin tətbiq olunub, ştat iqtisadiyyatının əksər hissəsi bağlanıb.

Ölkədə indiyədək 24 mindən çox yoluxma, 463 ölüm qeydə alınıb.

Cənubi Koreya rəsmiləri isə Seulda pandemiya ilə mübariz aparırlar, səbəb kilsələrdə yüzlərlə yoluxmanın təsdiqlənməsidir. Səhiyyə işçiləri müxtəlif məkanlarda və qruplarda mümkün yoluxmanın izinə düşməyə çalışırlar. Hökumət bu həftədən Seulda və ətrafında birbaşa kilsə ibadətlərini qadağan edib, gecə klubları daxil yoluxma riski yüksək yerləri bağlayıb.

Seul və ətrafında ölkənin 51 milyonluq əhalisinin təxminən yarısının yaşadığı bildirilir. İndiyədək Cənubi Koreyada 16 mindən çox yoluxma, 306 ölüm qeydə alınıb.

Yeni Zelandiya avqustun 20-də cəmi 5, yəni bir gün öncəkindən 1 nəfər az yoluxmanın təsdiqləndiyini açıqlayıb. Ötən həftə Oklenddə yoluxmaların qəfil artması hökuməti bəzi qadağalar qoymağa vadar etmişdi. Bu ölkə dünya üzrə ən aşağı COVID-19 göstəriciləri ilə tanınan ölkələr sırasındadır – 1654 yoluxma, 22 ölüm.

Dünya üzrə yoluxma sayı 22 milyon yarıma yaxınlaşır, 788 minə yaxın xəstə vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG