Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Lukashenka DİN-ə göstəriş verdi


Qrodno Azot Zavodunda tətil, 19 avqust, 2020-ci il
Qrodno Azot Zavodunda tətil, 19 avqust, 2020-ci il

Avqustun 19-da Avropa Birliyi liderləri fövqəladə toplantıda Belarusda siyasi vəziyyəti müzakirə edəcəklər

Belarus Prezidenti Alyaksandr Lukashenka Daxili İşlər Nazirliyinə ölkədə itaətsizliyin qarşısını almaq göstərişi verib, xarici təsirlərin sabitsizliyi qızışdırmasını önləməkdən ötrü sərhədə nəzarət gücləndirilib. Ölkədə artıq 11-ci gündür küçə etirazları davam edir.

“Minskdə daha iğtişaş olmamalıdır. İnsanlar yorulublar, əhali sülh və sakitlik tələb edir”, – BelTA dövlət xəbər agentliyinin məlumatına görə, prezident avqustun 19-da deyib.

“Dövlət Sərhəd Komitəsinə göstəriş verirəm ki, dövlət sərhədini bütün perimetr boyunca möhkəmləndirsin, iğtişaşları maliyyələşdirməkdən ötrü digər ölkələrdən Belarusa yaraqlı, silah, sursat, pul daxil olmasının qarşısını alsın. Biz görürük ki, pul gəlir”, – prezident vurğulayıb.

***

Avropa liderlərinin fövqəladə video sammiti artıq başlanıb.

“Mesajımız aydındır. Zorakılıq dayandırılmalı, dinc, inklüziv dialoq başlanmalıdır. Belarus rəhbərliyi xalqın iradəsini əks etdirməlidir”, – Avropa Şurasının Prezidenti Charles Michel avqustun 19-da tvitində yazıb.

Belarusda Lukaşenkaya qarşı etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Lukashenka isə Təhlükəsizlik Şurasının iclasında Qərb liderlərini öz ölkələrindəki problemlərə diqqət ayırmağa çağırıb.

“Qərb ölkələrinin liderləri bizə danışıqlar təklif edirlər. Eyni zamanda öz gündəmlərini irəli sürürlər”, – 65 yaşlı lider deyib.

Vişeqrad Dördlüyü kimi tanınan Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiya Belarus hakimiyyətini “siyasi həllə yol açmağa, insan hüquq və azadlıqlarına əməl etməyə, eyni zamanda dinc nümayişçilərə qarşı gücdən istifadədən çəkinməyə” çağırıb.

Qonşu Rusiyaya üstüörtülü eyhamla dörd lider “xarici oyunçuları Belarusun müstəqillik və suverenliyinə zərbə vuracaq hərəkətlərdən çəkinməyə” səsləyib.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov isə xarici ölkələri Belarusdakı böhrandan istifadə edərək ölkəyə müdaxilə cəhdində ittiham edib.

“Bu, geosiyasətdir, postsovet məkanı uğrunda savaşdır”, – Lavrov deyib.

***

Müxalifət lideri AB-ni Belarusun ‘oyanışını’ dəstəkləməyə çağırır

Belarus müxalifətçisi Svyatlana Tsikhanouskaya Avropa liderlərini ölkəsinin “oyanışını dəstəkləməyə”, Belarus xalqının seçiminə hörmətlə yanaşmağa çağırıb.

Tsikhanouskaya-nın videomüraciəti AB liderlərinin bugünkü fövqəladə toplantısından öncə yayılıb.

Avqustun 19-da Avropa Birliyi liderləri fövqəladə toplantıda Belarusda siyasi vəziyyəti müzakirə edəcəklər.

9 avqust prezident seçkisində Prezident Alyaksandr Lukashenka-nın qalib elan olunması ölkə boyunca etirazlara səbəb olub. Onun 80 faizdən səs yığdığı açıqlanıb, bu isə seçkinin saxtalaşdırılması iddialarına yol açıb.

Seçki tədbirlərinə onminlərlə insanın qatıldığı Tsikhanouskaya səslərin 60-70 faizini yığdığını iddia edir. Seçkidən bir gün sonra qonşu Litvaya getmiş Tsikhanouskaya AB liderlərini “bu saxta seçkini tanımamağa” çağırıb. O deyib ki, Lukashenka “ölkəsinin və dünyanın gözündə bütün legitimliyini itirib”.

Avropa liderləri Putin-lə danışır

Avropa Şurasının Prezidenti Charles Michel onlayn video sammitin keçiriləcəyini avqustun 17-də açıqlayıb. O, Belarus xalqının “öz gələcəyini və liderini azad seçmək hüququ olduğunu” deyib. Michel etirazçılara qarşı zorakılığı “qəbuledilməz” adlandırıb.

Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin-lə danışan Michel seçkidəki pozuntulardan, etirazçılara divan tutulmasından narahatlıq ifadə edib. Tərəflər belarusdaxili dialoqla böhrana dinc yolla son qoymağı müzakirə ediblər, bunu avropalı diplomat AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Macron da avqustun 18-də Putin-lə telefonla ayrı-ayrılıqda danışıblar.

Mətbuat xidmətinin məlumatına görə, Merkel Putinə deyib ki, Belarus hakimiyyəti dinc etirazçılara qarşı zorakılıqda çəkinməli, siyasi məhbusları buraxmalıdır. O, Lukashenka-nın müxalifət qrupları ilə danışıqlarının vacibliyini də vurğulayıb.

Kremlin məlumatında isə deyilir ki, Rusiya vəziyyətin normallaşacağına ümid edir, ancaq xarici müdaxiləylə bağlı xəbərdarlıq edib.

“Rusiya tərəfi vurğulayıb ki, ölkənin daxili işlərinə kənardan hər hansı müdaxilə cəhdi qəbuledilməzdir, böhranı daha da dərinləşdirər”, – Kreml bildirib.

Lukashenka həftəsonu Putin-lə iki dəfə telefonla danışıb, sonradan deyib ki, Rusiya lideri Belarusa, gərəkərsə, təhlükəsizlik yardımı vəd edib. Rusiyanın Belarusla sıx iqtisadi və hərbi əlaqələri var.

Koordinasiya şurası yaradılıb

Lukashenka avqustun 18-də elan olunan koordinasiya şurasını hakimiyyəti qəsb etmək cəhd adlandırıb. O, Belarus Təhlükəsizlik Şurasının iclasında deyib ki, bu, “birmənalı olaraq dövlət çevrilişi cəhdidir”.

Avqustun 18-də bir araya gələn koordinasiya şurası xalqı təmsil etdiyini, “siyasi məqsədlər və proqram olmadan” hakimiyyətin dinc transferi üçün danışıqlar aparmaq istədiyini bildirib.

Müxalifətin namizədi Svyatlana Tsikhanouskaya-nın təmsilçisi Olga Kovalkova mətbuat konfransında deyib ki, Tsikhanouskaya-nın tezliklə Minskə qayıdaraq hakimiyyətin transferi üzrə danışıqlarda təminatçı kimi çıxış edəcəyini gözləyir.

“Biz yalnız qanuni üsullarla hərəkət edirik. Vəziyyət kritikdir. Hakimiyyətin dialoqa gəlməkdən başqa seçimi yoxdur. Vəziyyət daha da pisləşəcək”, – Kovalkova vurğulayıb.

Seçkidən sonrakı etirazlarda 7 minə yaxın insan saxlanıb, yüzlərlə etirazçı yaralanıb, azı iki nəfər həlak olub. Sonradan buraxılanlar saxlanma zamanı döyüldüklərini danışıblar.

Repressiyalar müxalifəti daha da canlandırıb. Dövlət müəssisələrində yüzlərlə işçi küçələrə çıxaraq Lukashenka-nın istefasını tələb edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG