Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:02

Biden demokratların prezidentliyə namizədi kimi təsdiqləndi


Mərhum Senator John McCain (ortada) və Joe Biden (solda) demokratların qurultayında göstərilən videoda

Demokrat Partiyası 2020-ci il prezident seçkisində Joe Biden-in namizədliyini irəli sürüb.

Biden bir neçə ay öncə praymeriz seçkilərində qələbə qazanmışdı, avqustun 18-də isə onun namizədliyi rəsmən təsdiqlənib. Biden emosional anlar yaşayıb, çünki indiyədək iki dəfə prezidentliyə namizəd olmaq istəsə də, buna nail olmamışdı.

ABŞ-ın hər bir ştat və ərazisindən namizədlər videomüraciət şəklində Biden-ə dəstək bildiriblər. Biden hamıya təşəkkürünü bildirib. O, avqustun 20-də namizədliyi qəbul etməklə bağlı çıxış edəcək.

Prezident Donald Trump isə bu arada Arizona ştatına gedərək Meksika ilə sərhəd yaxınlığında sərhəd patrulunun üzvləri ilə görüşüb. O, Biden-in bir prezident kimi “dünyanın heç vaxt görmədiyi qanunsuz immiqrasiya axınına” səbəb olacağını iddia edib.

Rəy sorğularında Biden-dən geri qalan Trump rəqibinin immiqrasiya planını “ən radikal, ifrat, məntiqsiz, təhlükəli” adlandırıb.

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılır.

XS
SM
MD
LG