Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 00:38

Suriyada Rusiyanın generalı öldürülüb


Rusiya ordusu Suriyada, arxiv foto

Suriyada Rusiyanın generalı öldürülüb. Bu barədə Rusiya müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatına görə, general əldəqayırılma qurğunun partlaması nəticəsində həlak olub.

Generaldan başqa avtomobildə olan daha iki Rusiya hərbçisi yaralanıb.

TASS bildirir ki, hadisə avqustun 18-də Rusiya hərbçilərindən ibarət karvan Deyr əz-Zor şəhərindən 15 km məsafədə humanitar aksiya keçirdikdən sonra geri qayıdarkən baş verib. Yolda quraşdırılmış partlayıcı qurğu işə düşüb. Agentliyini məlumatına görə, ölən general rütbəli hərbçi baş hərbi məsləhətçi olub.

Digər KİV-in yazdığı məlumata görə, söhbət 36-cı komandanlıq ordusunun müavini vəzifəsində çalışan general-mayor Vyaçeslav Qladkixdən gedir.

Rusiya Müdafiə naziri Sergey Şoyqu ölümündən sonra həmin hərbçini dövlət mükafatına təqdim edib.

XS
SM
MD
LG