Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:44

Ermənistanda universitetlər gələn aydan açılır


Arayik Harutyunian

Ermənistanda martda koronavirus pandemiyasına görə bağlanmış universitetlər gələn aydan açılacaq. Məlumatı avqustun 17-də Təhsil naziri Arayik Harutiunian pandemiya ilə mübarizəni koordinasiya edən hökumət rəsmiləri ilə görüşdən sonra verib.

Harutiunian deyib ki, birinci kurs tələbələri dərsə sentyabrın 1-dən, digər tələbələr isə 15-dən gedəcəklər.

“Kursların təşkilinə universitetlər özləri qərar verəcəklər. Buraya onlayn təhsil imkanı verən hibrid üsul da daxildir. Universitetlər detalları vebsaytlarında yerləşdirəcək, kurrikulum haqda əlavə informasiya verəcəklər”, – nazir Facebook postunda yazıb.

Harutiunian ötən həftə deyirdi ki, sentyabrın 15-dən orta məktəblər, təmayül məktəbləri, musiqi və incəsənət kollecləri də açılacaq. Onun sözlərinə görə, təhsil ocaqlarının hamısı hökumətin qoyduğu sanitar və gigiyenik qaydalara əməl etməlidirlər.

Ermənistanda fövqəladə vəziyyət sentyabrın 11-də başa çatır.

İndiyədək ölkədə koronavirusa 41 min 701 yoluxma, 824 ölüm halı qeydə alınıb. Son həftələr səhiyyə orqanları yoluxma və ölü sayında azalmanın olduğunu bildirir.

XS
SM
MD
LG