Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Dünyada koronavirusa yoluxma sayı 22 milyona yaxınlaşır


Yeni Zelandiyada koronavirus testi götürülür
Yeni Zelandiyada koronavirus testi götürülür

Ölkənin 5 milyonluq əhalisinin üçdə birinin yaşadığı Oklenddə karantin, digər şəhərlərdə isə sosial məsafə qaydaları tətbiq olunub

Avqustun 18-də Yeni Zelandiya 13 yeni yoluxma halının təsdiqləndiyini açıqlayıb. 100 gündən çox idi ölkəiçi yoluxma qeydə alınmırdı.

Yeni yoluxmaların 12-si Oklend şəhərində aşkarlanan virus klastrı ilə əlaqəlidir. Ölkənin 5 milyonluq əhalisinin üçdə birinin yaşadığı Oklenddə karantin, digər şəhərlərdə isə sosial məsafə qaydaları tətbiq olunub.

İndiyədək Yeni Zelandiyada 1631 yoluxma təsdiqlənib, 22 xəstə vəfat edib.

Yeni Zelandiyadakı durum ABŞ Prezidenti Donald Trump-ın diqqətini çəkib. O bu ölkədə koronavirusun yayılmasını “dəhşətli” adlandırıb. “Bunu istəmirik, ancaq bu görünməz düşmən Çin vasitəsilə Avropaya və dünyaya yayılmamalıydı”, – prezident vurğulayıb.

ABŞ-ın Texas ştatında avqustun 17-də koronavirusdan təsdiqlənmiş ölü sayı 10 mini keçib. İndiyədək üç ştatda – Nyu York, Nyu Cersi və Kaliforniyada ölü sayı 10 mindən çox olub. Florida da bu hədəfə yaxınlaşmaqdadır.

Universitetlərdə yoluxmalar artır

Avqustun 19-dan Şimali Karolina Universiteti məsafədən tədrisə keçir və şəhərcikdən çıxmaq istəyən tələbələrə də yardım edəcək. Universitet yataqxanalarında, klublarında, tələbələrin yığışdığı digər yerlərdə klastrlar aşkarlanıb.

Birləşmiş Ştatlar ərazisində digər universitetlər də pandemiya ilə mübarizə aparır.

İndiana ştatının Saut Bend şəhərindəki Notr Dam Universitetinə tələbələr avqustun əvvəlində qayıdandan 58 yoluxma təsdiqlənib. Universitet rəsmiləri infeksiya mənbəyi kimi azı iki şəhərcikdən kənar partinin keçirilməsini göstəriblər.

Asiyadan nisbətən yaxşı xəbərlər gəlir. Filippin paytaxtı Manila və dörd vilayətdə karantinin yumşaldılacağı açıqlanıb. Bunu Prezident Rodrigo Duterte bəyan edib. İqtisadiyyatın açılması riskli sayılır, çünki bu ölkədə Cənub-şərqi Asiyada ən çox yoluxma qeydə alınıb.

Roman katolik kilsə xidmətləri isə avqustun 19-dan qismən bərpa olunacaq.

Filippində indiyədək 164 min yoluxma təsdiqlənib, 2 min 681 nəfər vəfat edib.

Dünya üzrə yoluxma sayı 21,8 milyon nəfərdən çoxdur, onlardan 774 mindən çoxu vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG