Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev-in nəvəsi Aisultan Nazarbaev Londonda 29 yaşında vəfat edib. O, narkotik aludəçiliyindən əziyyət çəkirdi, Britaniyada hüquqi problemləri vardı.
Anası, Qazaxıstan parlamentinin keçmiş spikeri Dariga Nazarbaeva oğlunun vəfatını təsdiqləyib.
“Ailəmizin sevimlisi Aisultan-ın itirməyimiz bizi sarsıdıb və indiki çox çətin məqamda gizliliyin qorunmasını xahiş edirik”, – o yazıb.
Aisultan Nazarbaev vaxtilə Qazaxıstan milli futbol federasiyasının vitse-prezident idi. Son illər Qazaxıstan hakimiyyətini, güclü ailə üzvlərinin tənqid etməsilə gündəmə gəlmişdi.
2019-cu ilin oktyabrında Britaniya məhkəməsi ona bir il qabaq Londonda polisə hücum etdiyinə görə şərti cəza kəsib.
O, fevralda Britaniyadan sığınacaq istədiyini açıqladı. Aisultan Nazarbayeva-nın mərhum keçmiş əri Rakhat Aliyev-in ikinci oğlu idi. Nursultan Nazarbayev-in tənqidçisi olan Rakhat Aliyev 2015-ci ildə Avstriyada həbsxanada vəfat etdi. O, qətl ittihamıyla saxlanmışdı.
2017-ci ildə narkotik aludəçisi olduğunu etiraf etmiş Aisultan Nazarbaev-un ürək tutmasından vəfat etdiyi bildirilir.