Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:24

İspaniyalı memarın hesablaması: Minskdəki aksiyada 127 min 300 nəfər olub


Minsk şəhərinin mərkəzi, 16 avqust 2020
Minsk şəhərinin mərkəzi, 16 avqust 2020

İspaniayl memar David Manso avqustun 16-da Minskdəki aksiyalarda nə qədər adamın olduğunu hesablayıb.

BBC-nin məlumatına görə, o, bu hesablamaları Minskidən çəkilmiş fotolar üzərində aparıb. İspaniyalı memarın Belarusdakı hadisələrə maraq göstərməsinin səbəbi onun həyat yoldaşının belaruslu xanım olması ilə izah olunur.

Memar, müəyyən bir ərazidə insanların sayını hesablamağa kömək edən xüsusi bir kompüter proqramından istifadə edib. Yekun nəticə olaraq o avqustun 16-da Minskdə seçki saxtakarlığına etiraz edənlərin sayının 127 min 300 nəfər olduğunu açıqlayıb.

Eyni şəkildə David Manso, Alexander Lukashenko tərəfindən yığılmış mitinqdə iştirak edənlərin sayını da hesablayıb və məlum olub ki, həmn aksiyada 12,700 nəfər iştirak edib.

Bazar günü mitinqlərində iştirak edənlərin sayı barədə digər mənbələrdən alınan məlumatlar çox dəyişir.

Minsk, 16 avqust 2020
Minsk, 16 avqust 2020

Reuters agentliyi isə hesab edir ki, seçki saxtakarlığına etiraz edən Lukashenko əleyhdarlarının sayı təxminən 200 min nəfər olub.

Reuters Belarus prezidentinin danışdığı mitinq iştirakçılarının sayını açıqlamır, lakin hökumətyönlü mənbələrə görə, Lukashenkaya ölkənin bütün bölgələrindən olan "on minlərlə" nümayəndəsi dəstək verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG