Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:13

Trump-ın kiçik qardaşı vəfat edib


Robert Trum (sol) və Donald Trump, arxiv foto

ABŞ prezidenti Donald Trump-ın kiçik qardaşı Robert Trump vəfat edib. Bu barədə prezident Trump-ın açıqlamasında xəbər verilir. Bir müddət əvvəl 71 yaşlı Robert Trump Nyu Yorkdakı xəstəxanada müalicə alıb. Sonuncu dəfə Donald Trump ona avqustun 14-də baş çəkib. Hələki ölümün səbəbləri açıqlanmır.

"Ürək ağrısı ilə məlumat verirəm ki, mənim gözəl qardaşım bu gün həyatdan köçdü. O sadəcə mənim qardaşım deyildi, o mənim ən yaxın dostum idi. Onun üçün çox darıxacam, amma biz yenidən görüşəcəyik" deyə Trumpın açıqlamasında bildirilir.

Ağ Ev-in mətbuat xidməti bu barədə məlumatı şənbə günü yayıb.

Robert Trump karyerasını Wall Street-də başlayıb, lakin sonradan Donald Trum-ın əmlakının, otellərinin, qolf klublarının və digər sahələrinin idarə etdiyi daxil olduğu Trump Orhanisation-a qoşulub və orada aparıcı menecer kimi fəaliyyət göstərib. Son illərdə o, böyük qardaşının ən sadiq tərəfdarlarından biri olub.

XS
SM
MD
LG