Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:25

Zelenskiy Belarusun Vaqner qərarını 'qəribə', 'səhv' və 'yolverilməz' adlandırıb


Alyaksandr Lukashenka, (sol), Ukrayna prezidenti Volodymyr Zelenskiy, 4 oktyabr 2019
Alyaksandr Lukashenka, (sol), Ukrayna prezidenti Volodymyr Zelenskiy, 4 oktyabr 2019

Ukrayna prezidenti Volodymyr Zelenskiy Belarus hakimiyyətinin əvvəllər Donbassda Ukrayna qoşunlarına qarşı vuruşduğu iddia edilən 32 Vaqner döyüşçüsünün Rusiyaya təhvil verilməsi qərarını "qəribə", "səhv" və "yolverilməz" adlandırıb. Zelenskinin sözlərinə görə, Ukrayna, Vaqnerlərdən fərqli olaraq Belarusun daxili işlərinə qarışmır.

"Bu, xoşagəlməz bir hekayədir. Orada etimad, obyektivlik və mənfi nəticələrin adekvat qiymətləndirilməsi diqqətdən kənarda qaldı" deyən Zelensky, vurğulayıb ki, diplomatik və hətta "şəxsi" kanallar vasitəsi ilə tutulan Rusiya vətəndaşlarının Minskdən məhz Kiyevə verilməsinə çalışıb.

Zelenskyə görə, bu qərarın nəticələri "faciəli" olacaq. "Allah Belarus hakimiyyətinə öz ərazilərində başqa bir alovlu, qanlı Donbassı almaq şansı verməsin" deyə Ukrayna prezidenti qeyd edib.

Minskdə "OMON"la etirazçılar arasında qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

İyulun sonunda Belarusda 33 Rusiya vətəndaşı tutuldu. Belarus tərəfinin yaydığı məlumatlara görə, həmin şəxsər ölkəyə iğtişaşlar hazırlamaq üçün gəldikləri vurğulanıb. Yayılan adlardan aydın olub ki, saxlanılanların əksəriyyəti əvvəllər Rusiya tərəfindən dəstəklənən separatçılar tərəfində Ukrayna ordusuna qarşı vuruşublar. Hətta özü də Donbassda döyüşən rus yazıçısı Zaxar Prilepin həbs olunanlardan ikisinin şəxsi mühafizəçiliyində olduğunu yazıb.

Rusiya tərəfinin rəsmi versiyasına görə, bu insanlar xarici ölkələrdən birinə tranzit olaraq göndərilibmiş. Onların gedəcəyi ölkələrə gəlincə bu məlumatlarda Türkiyə və Venesuelanın adları çəkilib. Ukrayna rəsmi olaraq Minskinin tutduğu 33 nəfərdən 28-ni tələb edirdi.

Avqustun 14-də Rusiya Baş Prokurorluğu Rusiya vətəndaşlarının Moskvaya təhvil verildiyini açıqlayıb. (Belarus pasportu ilə tutulanlardan biri isə sərbəst buraxılıb və Minskdə qalıb). Amma həmin şəxslərə qarşı ittihamların ləğv edilib-edilmədiyi bildirilmir, lakin Rusiya mənbələri bu şəxslərin heç bir şəkildə mühakimə olunmayacaqlarını söyləyiblər.

Artıq bir həftədir ki, Belarusiyada kütləvi etirazlar davam edir. "Vaqneritlərin" iğtişaşların hazırlanmasında iştirak edə biləcəyini söyləyən prezident Aleksandr Lukashenko, son günlər bunları xatırlatmadı, ancaq Rusiya müxalifət lideri Aleksey Navalnının etirazlarla əlaqəsi olduğunu söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG