Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:30

Polisin “Qanun” nəşriyyatında çəkiliş apardığı bildirilir


Şahbaz Xuduoğlu

Bu gün, avqustun 14-də "Qanun" Nəşriyyat Evinə polis əməkdaşlarının gələrək çəkiliş apardığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşları otaqları bir-bir gəziblər:

"Saat 13 radələrində mənə iş yerindən zəng etdilər ki, nəşriyyata polislər gəlib. Ora gəlib gördüm ki, Çevik Polis Alayının iki əməkdaşı otaqları gəzib, çəkiliş aparır. Onlar aqressiv formada otaqlara daxil olub, çəkilişlər edirdilər, işçilərə qorxu gəlirdilər. Səbəbini soruşanda deyirdilər ki, maskasız işçilər axtarırlar. Maraqlısı isə odur ki, polis əməkdaşların biri özü maskasız idi. Mən nəşriyyatdan çıxandan sonra ora sahə müvəkkili gəlib. Onun gəlməyinin səbəbini bilmirəm, polisi nəşriyyata göndərənləri da başa düşmürəm, mənə niyə işləməyə imkan vermirlər?"

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan

Ehsan Zahidov - DİN-nin mətbuat xidmətinin rəhbəri
Ehsan Zahidov - DİN-nin mətbuat xidmətinin rəhbəri

Zahidov isə “Turan” agentliyinə bildirib ki, polis əməkdaşları xüsusi karantin rejiminə nəzarət həyata keçirir:

"Bütün qapalı məkanlarda, sərnişindaşıyan nəqliyyat vasitələrində polis əməkdaşları insanların xüsusi karantin rejiminin tələblərinə əməl edib-etməməsinə nəzarət həyata keçirirlər. Ona görə də Şahbaz Xuduoğlu inciməməlidir".

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin rejimi elan edilib.Qapalı məkanlarda, nəqliyyat vasitələrində maska taxmayan insanlar cərimələnir.

Multimedia

XS
SM
MD
LG