Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:16

İran Hörmüz boğazında neft tankerini ‘qısa müddətə saxlayıb’


Arxiv fotosu

İran donanması Hörmüz boğazı yaxınlığında Liberiya bayrağıyla üzən gəmini qısa müddətə saxlayıb. Məlumatı ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də yayıb.

CENTCOM-un yaydığı ağ-qara videoda xüsusi qüvvələrin vertolyotdan MV Wila gəmisinə endiyi görünür. Gəmi Birləşmiş Ərəb Əmirliklərinin şərq sahilindən yola düşmüşdü.

İran donanması gəmini beş saatadək saxlayandan sonra buraxıb. Məlumatı “Associated Press” agentliyinə anonimlik şərtilə danışan ABŞ ordusu zabiti verib.

Zabitin sözlərinə görə, Wila nə hadisədən əvvəl, nə insident zamanı, nə də sonra həyəcan siqnalı verib.

ABŞ ordusu İranın gəmini tutması üçün heç bir səbəb göstərməyiblər.

İranın dövlət mediası, məmurları gəminin saxlanması, bunun səbəbləri haqda açıqlama yaymayıblar.

2018-ci ildə Vaşinqton İranla beynəlxalq nüvə sazişindən çıxıb və Tehrana sanksiyalar tətbiq etməyə başlayıb.

XS
SM
MD
LG