Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:55

Pompeo Praqadadır


Mike Pompeo Praqa aeroportunda

ABŞ Dövlət katibi Mike Pompeo avqustun 11-də Mərkəzi Avropaya 5 günlük səfəri çərçivəsində Praqaya gedib. O, səfər zamanı Çinin 5G şəbəkəsinin qurulmasında rolunu da müzakirə edəcək.

Pompeo Çexiyada iki gün qalandan sonra Sloveniya, Avstriya və Polşaya gedəcək. Polşa tarixi düşməni Rusiyadan qorunmaq üçün Almaniyadan çıxarılan ABŞ hərbçilərinin bir hissəsini öz ərazisində yerləşdirmək istəyir.

Pentaqon Almaniydan 6 min 400-dək hərbçisini çıxaracağını, onlardan 5 min 600-nü digər NATO müttəfiqlərinin ərazisinə göndərəciyini bildirib. Polşanın Müdafiə naziri Mariusz Blaszczak deyib ki, Birləşmiş Ştatlar Polşaya azı min əlavə hərbçi yerləşdirəcək.

Pompeo-nun səfəri zamanı bu ölkələrin Çinin Huawei telekommunikasiya nəhəngi ilə əməkdaşlıqdan imtina etməsi müzakirə olunacaq. Vaşinqton bu şirkətin beşinci nəsil internetdə önə çıxmasını təhdid kimi görür. ABŞ həm də Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istəyir.

Pompeo Praqada çexiyalı həmkarı Tomas Petricek-lə Plzenə gedəcək, 1945-ci ildə Çexiyanın qərbində yerləşən bu şəhəri azad etmiş ABŞ hərbçilərini yad edəcək.

Avqustun 12-də isə o, Çexiya və ABŞ texnologiya şirkətləri ilə 5G müzakirəsi aparacaq, daha sonra Çexiyanın Baş naziri Andrej Babis-lə görüşəcək.

XS
SM
MD
LG