Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:36

Müsavat: “ Əziz Məmiyev 100 manat cərimə edilib” (YENİLƏNİB)


Əziz Məmiyev

Müsavat Partiyası Gəncər Təşkilatının sədr müavini Əziz Məmiyevin avqustun 11-də məhkəmənin qərarı ilə 100 manat cərimə edilib, sərbəst buraxıldığı deyilir.

Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasından bildiriblər.

Partiyadan qeyd edildiyinə görə, Ə.Məmiyev karantin rejimini pozmaqda günahlandırılıb.

Amma bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi hökm sürür.

...

Müsavatçı saxlandığını deyir, amma...

Müsavat Partiyası Gəncər Təşkilatının sədr müavini Əziz Məmiyevin bu gün, avqustun 11-də Sabirabad rayonunda saxlandığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasından bildiriblər. Qeyd edildiyinə görə, Ə.Məmiyevin saxlanma səbəbi bilinmir.

Musavat Partiyasından habelə vurğulandığına görə, gənc özü facebook səhvəsində yazıb ki, onu Sabirabad rayonunun polisləri saxlayıb, hal-hazırda polisə aparılır.

Sabirabad Rayon Polis Şöbəsindən isə “Turan”agentliyinə bildirlib ki, onlara avqustun 11-də Ə.Məmiyev adlı şəxs gətirilməyib.

Multimedia

XS
SM
MD
LG