Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Başqırdıstanda minlərlə sakin meşələrin qırılmasına etiraz edir


Başqırdıstanda aksiya, 9 avqust 2020

Başqırdıstanın üç mindən çox sakini Kuşta dağında meşələrin qırılmasına etiraz olaraq "Kuştau, yaşa!" şüarı ilə aksiya keçirib.

Aksiyada Başqırdıstan rəhbəri Radiy Xabirovun istefası və Xabarovskda yerli qubernator Sergey Furqalın tutulmasına etiraz edən nümayişçilərlə həmrəylik şüarları da səsləndirilib.

Kuştau, Başqırdıstanın cənubundakı, qədim dənizlərin qayalarından qalan əhəng daşıdır. Bu qədim ərazidə Rusiya və Başqırdıstanın Qırmızı məlumat kitablarında adları yer alan 40-dan çox nadir heyvan və bitki var.

İyul ayında Başkir Soda Şirkətinin məhsullarını istehsal etmək üçün istifadə olunan əhəng daşı çıxarmaq üçün Kuştauda meşələrin qırılmasına hazırlıqlarını elan etdilər. Bundan narazı qalan yerli sakinlər mütəmadi olaraq etiraz aksiyaları keçirməkdədir, lakin indiyə qədər bu aksiyalar heç bir nəticə verməyib.

XS
SM
MD
LG