Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:59

Minskdə müxalif namizədin seçki qərargahının rəhbəri həbs olunub


Svyatlana Tsikhanouskaya , 25 iyul 2020

Belarusiyada prezident seçkilərinə bir gün qalmış müxalif namizəd Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri Mariya Moroz tutulub. MBX-media-nın məlumatına görə, Maria Moroz bazar ertəsinə təyin olunan məhkəmə prosesinə qədər polis bölməsində qalacaq.

Elə həmin gün başqa bir müxalifət prezidentliyə namizəd Viktor Babarikonun seçki qərargahının rəhbəri Mariya Kolesnikova da saxlanılıb, amma o, tez də sərbəst buraxılıb. Ttəxminən yarım saat sonra onun kiminləsə “səhv salındığı” iddia edilib. Milislər ondan üzr istəyiblər. Babariko bir neçə həftə əvvəl həbs ounub və hazırda dəmir barmaqlıqlar arxasındadır.

Belarus mərkəzi seçki komissiyası Aleksandr Lukashenkonun əsas rəqibləri hesab edilən iki müxalifətçi namizədi - Viktor Babariko və Valeriy Tsepkalonun, qeydiyyata almaqdan imtina edib.

XS
SM
MD
LG