Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:23

Jurnalist polisə çağırılıb, dindirildiyini deyir


Arxiv foto

Jurnalist Anar Abdullayev bu gün, avqustun 8-də polisə çağırılıb dindirildiyini, daha sonra da sərbəst buraxıldığını bildirir.

Turana Abdullayev sözlərinə görə, onu Nərimanov Rayonu 18-ci Polis Bölməsinə çağırıblar:

"Səhər saat 11-də polisə getdim. Oradan məni apardılar Baş Prokurorluğun İstintaq İdarəsinə. İdarədə ifadə verdim. Sonra yenidən 18-ci Polis Bölməsinə gətirdilər. Bölmədə mənə bir şəkil göstərərdilər. 14-15 iyul hadisələri zamanı Milli Məclisdə olan bir nəfərlə məni səhv salıblar. Saat 16:30 radələrində sərbəst biraxıldım".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb. Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb.

Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar.

Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər. Yerli hüquq müdafiəçilərinin iddasına görə, isə bu hadisələrlə bağlı 70 civarında şəxs saxlanmışdı.Onların 25-dən çoxunun açılan cinayət işinə cəlb edildiyi, haqqında həbs-qəti imkan tədbiri seçildiyi vurğulanır.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da sırf həmin hadisələrlə bağlı 15-dən çox üzvülərinin həbs edildiyini açıqlayıb. AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib

Multimedia

XS
SM
MD
LG