Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:33

Polis hökumətə qarşı blokadaları yığışdırıb


Bolqarıstanda etirazlar

Avqustun 7-də Bolqarıstan polisi paytaxt Sofiya və digər şəhərlərdə son bir həftədə nəqliyyatın yolunda quraşdırılmış blokadaları yığışdırıb. Etirazçılar Baş nazir Boyko Borisov-un mühafizəkar hökumətinin korrupsiya ittihamlarından dolayı istefasını tələb ediblər.

İyulun 29-dan etirazçılar Sofiyanın mərkəzində əsas yolayrıcılarını tutublar. Bu, son illər AB-nin ən yoxsul ölkəsində ən böyük etiraz dalğası hesab olunurdu.

Plovdiv və Varna Qara Dəniz limanında da blokadaların qurulduğu bildirilirdi.

Daxili İşlər Nazirliyi bəyanatında bildirib ki, “bütün yolayrıcılarında nəqliyyatın işi bərpa olunub”.

Polis gücdə istifadə olunmadığını, 12 etirazçının qısa müddətə saxlanaraq sonradan buraxıldığını açıqlayıb.

Etirazların təşkilatçılarından Nikolay Hadjigenov and içib ki, “blokadalar yenidən qurulacaq, ancaq bu dəfə bütün ölkədə”.

Bir aydı minlərlə etirazçı paytaxtda və başqa şəhərlərdə küçələrə çıxaraq Borisov hökumətinin istefasını tələb edirdilər.

Onlar hökuməti və baş prokuroru proteksionizmdə, pərdəarxası oliqarxlardan asılılıqda ittiham edirlər.

XS
SM
MD
LG