Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:54

Populyar müğənni yol qəzasında həlak olub


Bahrom Ghafuri

Tacikistanda populyar müğənni Bahrom Ghafuri avqustun 7-də səhər yol qəzasında həlak olub. Bu gün yüzlərlə fanatı onunla vida mərasiminə qatılıb.

Ghafuri islam dini ənənələrinə uyğun olaraq elə bu gün Düşənbədə dəfn olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ghafuri başqa bir şəxslə “Land Cruiser” avtomobilində səhər 4 radələrində yük maşınıyla toqquşub.

Avtomobilin sürücüsü və digər sərnişin salamat qalıb, hazırda xəstəxanada müalicə olunurlar.

44 yaşlı Ghafuri müğənnilik karyerasına 20 il qabaq başlayıb, 10 albom buraxıb, Tacikistan və qonşu ölkələrdə xeyli populyarlaşıb.

2011 və 2014-cü illərdə o, nüfuzlu Böyük Alma Musiqi Mükafatına layiq görülüb. Hər il Nyu York şəhərində keçirilən bu tədbirə Orta Asiya, Qafqaz və Yaxın Şərqdən musiqiçilər qatılır.

XS
SM
MD
LG