Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:33

Bəzi deputatlar uşaq pulunun bərpasını istəyib, amma...


arxiv foto

Deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı Milli Məclisin avqustun 6-da keçirilən iclasında uşaq pulunun ödənişinin bərpası məsələsini qaidırıblar.

Deputat T.Kərimli deyib ki, kasıb ölkələrdə belə uşaq pulu verilir. Onun fikrincə, bu, strateji məsələdir, odur ki, uşaq pulu verilməlidir:

“Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyard manatını bunun üçün ayıraq. Biz populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”

Sabir Rüstəmxanlı, arxiv foto
Sabir Rüstəmxanlı, arxiv foto

Deputat Sabir Rüstəmxanlı da qeyd edib ki, uşaq pulu verilsə, uşağı olan ailələr minimum xərclərlə təmin olunarlar:

“Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib və hazırda vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir.

Musa Urud, may 2009
Musa Urud, may 2009

Onun qeyd etməsinə görə, bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Komitə sədri deyib ki, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər:

“Təklif edirəm ki, deputatlardan ibarət İşçi qrupu yaradaq. Konkret təkliflər hazırlayaq bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Xatırlatma

2006-cı il yanvarın 1-dək Azərbaycanda 18 yaşına kimi uşaqlara aylıq müvinətlər ( uşaq pulu) verilirdi. 2006-cı il yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilməyə başlandı. Bununla da uşaqlara aylıq müavinətin verilməsi dayanıb.

Multimedia

XS
SM
MD
LG