Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:29

Hiroşimaya atom bombası atılmasından 75 il keçir


Shinzo Abe memoriala əklil qoyur

Avqustun 6-da Hiroşimada dünyada ilk atom bombası sınağından 75 il keçir. Bu münasibətlə şəhərdə zənglər çalınıb, ancaq koronavirus pandemiyasına görə anım mərasimləri geniş təşkil olunmayıb.

Baş nazir Shinzo Abe tədbirə qatılsa da, xarici turistlərin sayı xeyli az olub. Tədbirə həmişəki anım mərasimində iştirakçıların onda biri qədər ziyarətçi qatılıb, stullar arasında məsafə gözlənib, bir çox şəxslər maska taxıb.

Şəhərdəki Sülh Parkına giriş məhdudlaşdırılıb, yalnız faciədən salamat çıxanlar və onların ailələrinə tədbirdə iştiraka icazə verilib.

Faciədə 140 min sakinin öldüyü bildirilir.

“1945-ci il avqustun 5-də bircə atom bombası şəhərimizi dağıtdı. O zaman şayiə gəzirdi ki, burada 75 il ərzində heç nə böyüməyəcək”, – şəhərin meri Kazumi Matsui deyib.

“Ancaq Hiroşima özünə gəldi, sülhün simvoluna çevrildi”, – o vurğulayıb.

Məhz bombanın partladığı an sükut dəqiqəsi elan olunub.

1945-ci il avqustun 6-da ABŞ-ın B-29 hərbi təyyarəsi 350 min əhalisi olan şəhərə atom bombası atıb. Minlərlə sakin aldığı xəsarətlərdən və radiasiya ilə əlaqəli xəstəliklərdən sonradan dünyasını dəyişib.

Hiroşimadan üç gün sonra Naqasakiyə atılan bomba isə 75 mindən çox insan dərhal həlak oldu. Bundan altı gün sonra Yaponiya təslim oldu və 2-ci Dünya müharibəsi başa çatdı.

XS
SM
MD
LG