Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:18

Məktəblər açılsınmı: dünya dilemma qarşısında


Almaniyada dərslər başlanıb, 1 avqust, 2020-ci il
Almaniyada dərslər başlanıb, 1 avqust, 2020-ci il

Latın Amerikasında isə demək olar bütün dərslər onlayn, yaxud televiziya vasitəsilə keçirilir

Dünyanın bir sıra ölkələri koronavirusa yoluxmaların artdığı bir dönəmdə məktəbləri necə açmaq üzərində baş sındırırlar. 4,7 milyon yoluxmanın təsdiqləndiyi Birləşmiş Ştatlarda məktəblərlə bağlı fərqli yanaşmalar sərgilənir.

Ölkənin yoluxucu xəstəliklər üzrə baş eksperti Dr. Anthony Fauci avqustun 3-də deyib ki, şagirdlərin lokal şərtlər əsasında məktəblərə dönüşünü dəstəkləyir.

“Məktəblərin mümkün qədər birbaşa tədrisə açılmasına çalışmaq lazımdır”, – Fauci vurğulayıb.

Ölkədə koronavirusdan 155 minədək ölüm qeydə alınıb. Prezident Donald Trump məktəblərə açmağa çağırır, noyabr seçkisi öncəsi bunu təbliğ etdiyi məsələyə çevirir.

Şagirdlərin məktəbə qayıtması valideynləri iş yerlərinə dönməsi üçün də vacib şərt hesab olunur. Eyni zamanda uşaqların virus tutaraq onu evə gətirəcəkləri sarıdan narahatlıq qalmaqdadır.

Bu həftə Corciya, Luizana, Mississippi və Tennessi ştatlarında yeni dərs ili başlanır.

Avqustun 3-də Almaniyanın şimalındakı Meklenburq-Vorpommern vilayətində yay tətili bitincə dərslər başlayıb.

“Nəsil fəlakəti”

Bu arada Avropada virus yenidən dalğalanır.

Latın Amerikasında isə demək olar bütün dərslər onlayn, yaxud televiziya vasitəsilə keçirilir.

Məktəblərin bağlanması dünyanı “nəsil fəlakəti” qarşısında qoyur və şagirdlərin təhlükəsiz şəkildə dərs otaqlarına qayıtması “prioritet” hesab olunmalıdır. Belə bir xəbərdarlıqla avqustun 4-də BMT-nin Baş katibi Antonio Guterres çıxış edib.

Guterres deyir ki, iyulun ortasınadək dünyanın 160 ölkəsində məktəblər bağlı qalıb və bu 1 milyard şagirdə təsirini göstərib. Azı 40 milyon uşaq isə məktəbə hazırlığa gedə bilməyib.

Pandemiyadan qabaq dünyada 250 milyondan çox uşaq məktəbə getmirdi, inkişaf etməkdə olan ölkələrdə isə orta məktəb şagirdlərinin 25 faizi təməl bacarıqlara yiyələnirdi.

“COVID-19 lokal səviyyədə nəzarətə alınan kimi şagirdlərin məktəblərə və tədris ocaqlarına mümkün qədər təhlükəsiz şəraitdə qayıtması prioritet olmalıdır. Valideynlər, tərbiyəçilər, müəllimlər, gənclərlə müzakirə əsasdır”, – BMT-nin “Gələcəyimizi Xilas Edək” kampaniyasını təqdim edən Guterres deyib.

Dünyada koronavirusa yoluxmalar 18,2 milyonu keçib, ölü sayı 694 minə yaxınlaşır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG