Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:29

İstilik elektrik stansiyasında yanğında bir nəfər həlak olub


Arxiv fotosu

Rusiyanın Norilsk şəhərində istilik elektrik stansiyasında bir nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyinin yerli filialının avqustun 3-də bildirməsinə görə, yanğın stansiyanın təmir gedən bölümündə baş verib, insident stansiyadakı əməliyyatlara təsir göstərməyib.

TETs-2 istilik elektrik stansiyası dünyada aparıcı palladium və nikel istehsalçısı olan Nornickel-in filialına məxsusdur. Bu şirkətin sahibi isə Rusiyanın ən zəngin adamı Vladimir Potanin-dir.

Mayın 29-da Nornickel TETs-3 adlı başqa bir istilik elektrik stansiyasından çaya və Pyasino gölünə 21 min ton dizel yanacağı axmışdı.

Rusiyanın Rosprirodnadzor ekoloji nəzarət qurumu sızmanın vurduğu ziyanı 2 milyard dollar dəyərləndirmişdi.

Norilsk Nickel ötən ay bildirirdi ki, aviasiya yanacağı kəmərindən Arktik regionunda sulara 45 ton yanacaq axıb.

XS
SM
MD
LG