Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Rusiyada vaksin istehsalı… noyabra qalır


İllüstrativ foto
İllüstrativ foto

Vektor Virusologiya və Biotexnologiya Dövlət Tədqiqat Mərkəzinin Baş direktoru Rinat Maksyutov avqustun 2-də bildirib ki, bu qurum vaksin istehsalına noyabrda başlaya bilər

Rusiyada yeni koronavrusa qarşı iki potensial vaksin hazırlayan tədqiqatçılar istehsalın noyabra planlaşdırıldığını deyirlər. Ancaq ölkə rəsmiləri indiyədək vaksinasiya kampaniyasının bundan xeyli qabaq başlanacağını bildirirdilər.

Vektor Virusologiya və Biotexnologiya Dövlət Tədqiqat Mərkəzinin Baş direktoru Rinat Maksyutov avqustun 2-də bildirib ki, bu qurum vaksin istehsalına noyabrda başlaya bilər.

“İstehsalın bu ilin noyabrından başlayacağını gözləyirik. İlin sonu və gələn ilin əvvəlindən azı risk qruplarından olanlar üçün vaksinasiyaya başlamaq, daha sonra daha kütləvi peyvəndləmə barədə danışa bilərik”, – Maksyutov Rossiya-1 televiziyasının “Vesti” proqramına deyib.

Yeni koronavirusa Rusiyada azı 849 min nəfər yoluxub, 14 mindən çox xəstə vəfat edib. Ölkə bu göstəricilərə görə dünyada uyğun olaraq 4-cü və 11-ci yerdədir.

Rusiya rəsmiləri vaksinin tətbiqilə bağlı ambisiyalı bəyanatlar verirlər. Amma bir çox kənar ekspertlər bu iddialara skeptik yanaşırlar.

Səhiyyə naziri Mikhail Murashko avqustun 1-də bəyan etdi ki, oktyabrdan ölkədə “geniş vaksinasiya” başlanacaq. O, ilk növbədə müəllimlərə və tibb işçilərinə üztünlük veriləcəyini bildirdi.

Daha öncə avqust deyilirdi...

Ötən həftə “Reuters” adı çəkilməyən mənbəyə istinadla yazırdı ki, COVID-19 vaksini adına ilk namizəd avqustda rəsmi təsdiqlənəcək.

Hazırda Rusiyada təsdiqlənməyə iki vaksin namizədinin olduğu bildirilir: Vektor-un və Moskvadakı Gamaleya İnstitutunun Müdafiə Nazirliyi ilə birgə hazırladığı vaksinlərin.

İndiyədək bu fəaliyyətlə bağlı çox az detal təsdiqlənib.

Dünya üzrə isə 100-dən artıq potensial vaksin hazırlanma mərhələsindədir.

Yeni koronavirus dünyada azı 689 min nəfərin həyatına son qoyub, yoluxma sayı 18 milyonu keçib.

Bir çox tədqiqatçılar virusa qarşı vaksinin ən tezi bu ilin sonuna hazır ola biləcəyini deyirlər.

Birləşmiş Ştatların yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Anthony Fauci iyulun 31-də ABŞ Konqresində ifadəsində COVID-19 vaksinlərinin Rusiya və Çində hazırlanması xəbərlərindən narahatlığını ifadə edib.

“Çox ümid edirəm ki, çinlilər və rusiyalılar vaksini kiməsə vurmaqdan öncə onu həqiqətən sınaqdan keçirəcəklər”, – Fauci vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG