Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:51

Həbsxanaya hücumda 21 nəfər öldürülüb


Hadisə zamanı dinc sakinlər də xəsarət alıblar

Əfqanıstanın şərqindəki Nangarhar vilayətində böyük bir həbsxanaya hücumda 21 nəfər öldürülüb, 42-dən çox yaralı var.

Təhlükəsizlik əməkdaşları hücumda şübhəli İslam Dövləti (İD) silahlılarını axtarırlar.

Hücum edənlərdən üçünün öldürüldüyü bildirilir.

Həbsxana ərazisi bağlanıb. AzadAvropa/AzadlıqRadiosu-nun Əfqanıstan xidmətinin müxbirləri atışmanın səngidiyini xəbər verir.

Avqustun 2-də yerli vaxtla axşam saat 6-da vilayət paytaxtı Calalabadda həbsxana qarşısında bomba qoyulmuş avtomobil partladılıb.

Atışma avqustun 3-nə keçən gecə davam edib. Silahlılar həbsxana yaxınlıqdakı binalardan təhlükəsizlik qüvvələri ilə döyüşü davam etdirib.

Rəsmilər 50-100 məhbusun qaçdığını, ancaq çoxunun yenidən yaxalandığını bildirir.

Bu həbsxanada 1700-dən talibançı və İD silahlısı saxlanır.

İD Amaq xəbər agentliyi vasitəsilə hücuma görə məsuliyyəti üzəridə götürüb.

Bu hücumdan bir gün öncə əfqan xüsusi qüvvələri İD-nin Calalabaddakı qərargahının kəşfiyyat rəisini öldürdüyünü açıqlayıb.

XS
SM
MD
LG