Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:08

Tibb üzrə ekspertlərdən təkliflər və cavab


Arxiv foto
Arxiv foto

Bir qrup tibb sahəsi üzrə professor, ziyalı, icimai-siyasi fəal hökumətə pandemiya ilə mübarizədə təkliflərini təqdim ediblər. Onlar təkliflərə keçməzdən öncə 2020-ci ilin may-iyul aylarında kütləvi yoluxmaların sayının kəskin artması ilə bağlı özlərinin mülahizələrini irəli sürüblər. Həmin şəxslər qeyd ediblər ki, fevral-aprel aylarında - mübarizənin başlanğıcında bir çox müsbət və effektli addımlar atılsa da, sərhədlər vaxtında bağlanmayıb.

Habelə qeyd edildiyinə görə, karantin tədbirlərinə anında start verilməyib, sərt karantin qaydaları zamanı bəzi yanlışlıqlara yol verilib və rejimin yumşaldılmasından əvvəl lazımi təlimatlar hazırlanmayıb. Təklif müəlliflərinin fikrincə, həmçinin, əhalinin sanitar-tibbi maarifləndirilməsi işlərinin keyfiyyətsizliyi, insanların tibbi-psixi reabilitasiyası və əks-epidemik davranışların (sosial məsafə gözlənilməsi, maska taxılması və s) pozulması kütləvi yoluxmaların sayının kəskin artması ilə nəticələnib.

Təkliflər

Təkliflər sırasında bütün COVİD-19 testləri və müayinələrinin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılması, tibbi maskaların pulsuz paylanılması vacib sayılıb. Eyni zamanda, aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarətin təmin edilməsi və 5 avqustdan ( Həmin tarxə kimi Bakı və ölkənin bir sıra yerlərindəkarantin sərtləşdirilib) karanin reiminin yumşaldılması vacib sayılır. Habelə, qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iasə müəsisələrində, istehsal müəssisələrində, inzibati, özəl binalarda, idman obyektlərində insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanması və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə olunur.

Təkliflər sırasında qeyd olunur ki, COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, DST ( Dünya Səhiyyə Təşkilatının) təlimatlarına müvafiq aparılmalıdır:

“Mediada əhalinin COVİD-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80%-nın xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur.

Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması və önlənməsi) aparılması üçün müvafiq addımlar atılmasını məqsədə müvafiq hesab edirik...”.

“Yaxşı olardı, təklif irəli sürən adamlar dünyanın bir ölkəsini göstərsinlər ki,...”

Siyavuş Novruzov, 2015
Siyavuş Novruzov, 2015

Milli Məclisdə Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası(YAP) icra katibinin müavini Siyavuş Novruzov isə bu təkliflərə münasibət bildirərkən deyib ki, müraciəti imzalayanların əksəriyyətini tanımır: S.Novruzov daha sonra sual edib:

“Yaxşı olardı, təklif irəli sürən adamlar dünyanın bir ölkəsini göstərsinlər ki, orda maska, dərman pulsuz verilir, teslər dövlət hesabına aparılır”.

“Elə şey yoxdur”

YAP-çı deputat “İspaniyada, İsraildə, Türkiyədə pulsuz maskaların paylandığı, yaxud testlər aparıldığı” replikasını “boş şeydir” deyə reaksiya verdi:

“Elə şey yoxdur. Həm də maskanın dəyəri nədir, 30 qəpikdir, bundan ötrü xüsusi müraciətə ehtiyac varmı? Elə şey təklif etsinlər ki, ciddi olsun. Yoxsa 30 qəpiklik maskadan ötrü müraciət edirlər ”.

“Ümumilikdə 3.5 milyard manat xərc çəkib”

Manat
Manat

Siyavuş Novruzov vurğulayıb ki, prezident 3 aydır işsiz və karantində işini itirən şəxslərə 190 manat pul verir, biznesmenlərin ziyanını dövlət ödəyir, ümumilikdə 3.5 milyard manat xərc çəkib:

“ Xəstəxanalarda pulsuz müalicə aparılır, o cümlədən, evlərdən xəstələr təcili yardıma zəng edirlər, gəlirlər. Bəs nə üçün bunları qeyd etmirlər? Dövlət nə bacarırsa, edir, bir nümunə göstərsinlər ki, dövlət onu etməyib, edib də. Fermerlərə yardımlar olunur, dövlət onun əvəzinə sahəni bellələməlidir ki? Bu gün həkimlər koronavirusla mübarizəyə görə iki ay yardım alırlar, cərimələrdən toplanan vəsaitlər də həkimlərə ödənilir. Hazırda həkimlərimiz qəhrəmanlıq göstərir. Hansısa məsuliyyətsiz adam metroya minir və 50 adamı birdən yoluxdurur”

“Kubadan, Rusiyadan, Türkiyədən nə qədər həkim gətirilib”

Deputatın fikrincə, həkimlər belələrinin məsuliyyəsiz hərəkətiylə mübarizə aparırlar:

“ Hansısa həkim narazılıq edirsə, bilin ki, onlar koronavirusla mübarizədə iştirak etmir. Bəlkə də çalışır ki, iştirak etsin, amma hər sahənin öz həkimi var. Başqa bir amil, Kubadan, Rusiyadan, Türkiyədən nə qədər həkim gətirilib, bunların hamısına pul verilir, dövlət nə edirsə, vətəndaş üçün edir”.

“...Hakimiyyətə bizim təkliflər sərf etmir”

Adil Qeybulla, 2013
Adil Qeybulla, 2013

Müraciəti imzalayanlardan professor Adil Qeybulla isə hesab edir ki, karantin qaydaları yumşaldılan zaman bu addımın gerçəkləşməsi heç bir təlimatsız mümkün deyil:

“ Hazırkı epidemoloji durum həmin yanlışlığın nəticəsidir. Təəssüf ki, müvafiq qurumları başqa şeylər maraqlandırır, nəinki ki, genefond, pandemiyayla mübarizə”. Adil Qeybulla Siyavuş Novruzovun münasibətini də düzgün saymır:

“ Müraciətə imza atan 11 nəfər neçə vaxtdır Dünya Səhiyyə Təşkilatının təlimatlarını, hesabatlarını oxuyub belə qənaətə gəlib ki, pandemiyadan az itkilərlə çıxaq. Deməli, hakim partiyanın üzvü belə danışırsa, hakimiyyətə bizim təkliflər sərf etmir”.

Xatırlatma

arxiv foto
arxiv foto

COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi umumilikdə uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılıb.Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib.Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurlar. Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel, may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlandı. Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsi davam etdi.Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.Ondan bir gün sonra, fevralın 29-da həmin vaxt virusun geniş yayıldığı bildirilən İranla gediş-gəliş məhdudlaşdırılıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 688 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfərin müalicə olunaraq sağaldığı, 454 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG